Interposta.Info

“Uşaqları universitetə tapşırıqla götürürlər” – Xalq artistindən ağır ittihamlar

Mədəniyyət / Paradoks
 20-09-2019, 14:39     10 754

Xalq artisti, aktyor Cahangir Zeynalov Azərbaycan Mədəniyyət və İncəsənət Universiteti barədə ağır ittihamlar irəli sürüb

"İnterPosta.info"nun məlumatına görə o, BakuPost.az-a açıqlamasında bildirib ki, Azərbaycan teatrı bu gün layiq olduğu yerdə deyil, bunun səbəbi isə təhsilin çox aşağı səviyyədə olmasıdır.

Cahangir Zeynalov Mədəniyyət və İncəsənət Universitetinə tapşırıq əsasında istedadsız uşaqların qəbul olunduğu iddiası ilə çıxış edib:

“İstedadı olmayan adamlar universitetə qəbul edilərsə, nəticə bundan artıq olmaz. Bizim zamanımızda universitetdə tanışlıq söhbəti olmayıb. Mən universitetə qəbul olanda heç kim bilmirdi ki, Nəsibə xanımın oğluyam. Stalinin gözəl bir sözü var: “Kadrlar hər şeyi həll edər”. Düzgün kadrlar seçilməlidir”.

C.Zeynalov bu və ya digər məsələlərlə bağlı BakuPost-a geniş müsahibə verib. Həmin müsahibəni gün ərzində təqdim edəcəyik.

Qeyd edək ki, son günlər Azərbaycan Mədəniyyət və İncəsənət Universitetində ciddi proseslər baş verir. Bu ali təhsil ocağının rəhbəri kütləvi ixtisarlar edir, işdən çıxanlar isə onu səriştəsizlikdə, ədalətsizlikdə ittiham edirlər.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26