Interposta.Info

Mayın 19-da II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək

Paradoks
 13-05-2019, 11:04     10 557

Mayın 19-da II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək.

İnterPosta.info
xəbər verir ki, Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, qəbul imtahanında iştirak edəcək abituriyentlər "İmtahana buraxılış vərəqəsi"ni çap edə bilərlər.

Abituriyentin imtahana buraxılış vərəqəsini çap etmək üçün https://eservices.dim.gov.az/brxvbak/ linkinə daxil olmalıdırlar.

Qeyd edək ki, abituriyent imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və "İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidir. Şəxsiyyət vəsiqəsində şəkli olmayan abituriyentlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı da təqdim etməlidirlər.

Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda, abituriyent imtahana buraxılmır.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26