Interposta.Info

“Ağdam rayon İcra başçısı Vaqif Həsənov Prezidentin sərəncamın hərraca çıxarıb” İDDİA/VİDEO

Müxtəlif / Manşet / Paradoks
 4-02-2019, 00:32     12 902

“Sinəsi döyüş meydanı olan Ağdamda nə baş verir”
Ağdam rayon Əfətli kənd sakini Quliyev Novruz Şirxan oğlu İnterPosta.info-ya müraciət edib.

N.Quliyev bildirir ki, sərhədlə təmas xətdində yerləşən əhalinin həyat şərayitinin yaxşılaşdırması məqsədi ilə Prezidentin müvafiq sərəncamına əsasən əhalinin yaşayış səviyəsinin yaxşılıaşdırılması göstərilib.
Şikayətçi bildirir ki, Ağdam rayon icra hakimyyəti, bələdiyə işçiləri tərəfindən 2000, 4000 min manata, bu sərəncam satılır. İddiyaçı şəxs bildirir ki, yarım tikilinin təmir etmək üçün 2000 min manat, bünövrədən tikilən tikili üçün 4000 min manat şafqa vermək lazımdır. N.Quliyev onuda xatırladır ki, istənilən məbləği vermədiyin halda, onun kimi evsiz qalmalı olacaqsan!
Bu məsələ ilə bağlı Ağdam rayon icra hakimyəti “komisya” yaradıb. “Komisya”nın tərkibində rayonun memarı Əbdüləli Mehtiyev, Əfətli kənd icra numayəndəsi Cəfərov Rəşad Amil oğlu, bələdiyə sədiri Cəfərov Cavad Cəlil oğlu daxildir. N.Quliyev redaksiyamıza onuda bildirib ki, bələdiyə sədiri Cəfərov Cavad Cəlil oğlu səlahiədlərindən sui-istifadə edərək yaxın qohumları Məmmədov Məhəmməd Qənbər oğluna, Səmədov Kərim Tofiq oğluna ev tikdirir!

“Ağdam rayon İcra başçısı Vaqif Həsənov Prezidentin sərəncamın hərraca çıxarıb” – İDDİA/VİDEO

Evinin olmaması səbəbindən gələcəyin əsgəri olan övladları təhsil ala bilmir.
Quliyev Novruz şikayəti zamanı onuda bildirib ki, Ağdam rayon İcra başçısı Həsənov Vaqif onun etdiyi müraciətlərə məhəl qoymur!
Erməni ilə təmas xətdində yaşayan şikayətçi bildirib ki, Azərbaycan Respubilkasının Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən sərhəd bölgələrində, erməni ilə təmas xətdində yaşayan sakinlərin həyat şərayitinin yaxşılaşdırmaq məqsədi ilə ayrılan pulları Ağdam rayon İcra başçısı Həsənov Vaqif şəxsi maraqları naminə xərcləyir.
Ağdam rayon Əfətli kənd sakini Quliyev Novruz Şirxan oğlu İnterPosta.info-ya müraciətində etdiyi iddiyaların həqiqəti əks etdirib, etdirmədiyini öyrənmək məqsədi ilə Ağdam rayon Əfətli kənd inzibati idarə-etmə numayəndəsinin sədiri Cəfərov Rəşad Amil oğlu ilə əlaqə saxlayaraq məsələyə münasibət bildirməsini istədir: Cəfərov Rəşad bildirdi ki, vətəndaşa kömək etməyə çalışacaqlar. Amma, vətəndaş Quliyev Novruz bildirir ki, onu yalandan aparıb-gətirirlər, kimi pul verirsə ona ev təmir edirlər və yaxutda tikirlər.
İcra hakimyyətinin “formalaşdırdığı komisiya”nın tərkibində olan kənd Bələdiyyəsinin sədiri Cəfərov Cavad Cəlal oğlu ilədə əlaqə saxlamaq istəsəkdə telefonumuza cavab vermədi.
3 övladı olan ailə erməni ilə təmas xətdində yaşamasın nəzərə alaraq Ağdam rayon İcra hakimyyətinin birinci mavini Əliyev Allahverənlə telefonla əlaqə saxlayaraq məsələyə aydınlıq gətirməsin istədik: Birinci mavin Ə.Allahverən bildirdi ki, bu məsələ onun səlahiyəti daxilində deyil və telefonu bağladı!
Mövzu diqqətimizdədir, yeni məqamları diqqətinizə çatdıracağıq.

İnterPosta.info ailənin hansı şəraitdə yaşadığı görüntüləri və ölkə rəhbərliyinə etdiyi müraciəti təqdim edir:




“Ağdam rayon İcra başçısı Vaqif Həsənov Prezidentin sərəncamın hərraca çıxarıb” – İDDİA/VİDEO

“Ağdam rayon İcra başçısı Vaqif Həsənov Prezidentin sərəncamın hərraca çıxarıb” – İDDİA/VİDEO

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26