Interposta.Info

“Mehmanın tək arzusu azadlığa çıxmaq olmuşdur”

Müxtəlif / Paradoks
 27-01-2019, 17:03     10 583

Azərbaycan Prezidenti məhkum Mehman Hüseynovun işinin obyektiv və ədalətli araşdırılması ilə bağlı tapşırıq verdi və məsələ müsbət sonluqla nətəcələndi.
Mehman Hüseynovla görüş keçirən hüquq müdafiəçilərindən biri də Əliməmməd Nuriyev olub.
Vətəndaş Cəmiyyəti Dialoqu Platforması koordinatoru Əliməmməd Nuriyev İnterposta.info-ya açıqlama verib:
“Biz bir qrup hüquq müdafiəçiləri, Mehman Hüseynovla görüşəndə bütün məsələləri müzakirə etdik. Görüşəndə o artıq bəyanət vermişdir ki, artıq aclıq etmir. Onun tək istəyi azadlığa çıxmaq olmuşdur, və bizdən müəyyən strukturlara bunun çatdırılmasını xahiş etmişdir. Bütövlükdə bu hadisə haqqında yaradılmış saxta məlumatları dağıtmalıydıq, həm də vəziyyətin nə yerdə olmağını göstərməliydik. Biz onunla görüşdük və həqiqətin nə yerdə olduğunu Azərbaycan xalqına çatdırdıq. Məlum olmuşdur ki, bir qrup şəxslər, anti Azərbaycan siyasətini yürüdənlər heç də onun azadlığa çıxmasını istəmirdilər. Tamamilə bundan öz məqsədləri üçün yararlanamışdılar. Mehmanın tək arzusu azadlığa çıxmaq olmuşdur və bunun cənab Prezidentə çatdırılmasını istəmişdir. O qeyd etmişdir ki, onun adından yalan saxtla məlumatlar istifadə olunmasın. Bununla da onlara, o mesaj ötürmüş oldu. Mehman əslində qurban kimi seçilmişdi. Əslində bir qrup qrant dəllalları, Mehman üzərindən öz məqsədləri üçün oyun oynayırdılar. Və sonunda onlar öz arzularına çatmadılar. Cənab Prezident, yüksək səviyyədə hadisələrə münasibətini bildirdi. Möhtərəm Prezident məhkumun gənc olmasını, artıq iki ilə yaxın cəza çəkdiyini, ailə vəziyyətini və atasının yaşlı olduğunu nəzərə alaraq, Mehman Hüseynovun işində humanizm prinsipinin önə çəkilməsini, araşdırmanın obyektiv və ədalətli olması üçün qanunla nəzərdə tutulmuş bütün zəruri tədbirlərin görülməsini Azərbaycan Respublikasının baş prokuroruna tövsiyə edib. Eyni zamanda, cənab Prezident hadisənin iştirakçılarını barışığa doğru addımlar atmağa dəvət edib. Mehman Hüseynovla bağlı əvvəllər də humanist yanaşmanın şahidi olmuşuq. Belə ki, o, cəza çəkdiyi müddətdə ağır xəstəlikdən sonra vəfat etmiş anasının yas mərasimində iştirak etməyə buraxılmışdır”.
Elşən Yəhyayev

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26