Interposta.Info

"AYDA sədri Saleh Məmmədov 1500 şagirdin qətlinə fərman verib" - VİDEO+FOTO

Ölkə / Manşet / Paradoks
 8-01-2019, 09:48     11 048

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakı kəndlərini birləşdirən yolların təmir-tikintisinə başlayanda digər kənd sakinləri kimi Pirşağı kəndinin sakinləridə sevinmişdir.
Pirşağı kənd sakinləri bildirir ki, artıq bu yol pirşağalıların “Kabusuna” çevrilib. Belə ki, Zabrat, Kürdaxanı və Pirşağı kəndlərin birləşdirən magistiral yol, Pirşağı qəsəbəsinin mərkəzindən keçərək dəniz kənarı Sumqayıt şəhərinə qədər uzanır!

Böyük məsafəni əhatə edən, bu yol magistral yol kimi istifadə olunduğundan intensiv hərəkəti olan yoldu. Pirşağı kəndinin mərkəzindən, 800 şagirdin təhsil aldığı, 60 müəllimin peşə fəaliyəti göstərdiyi 112 № Şəhər Orta Məktəbinin qarşısından keçən bu yolda piyadaların hərəkəti üçün piyada yolu (səki) inşa edilməmişdir.
112 № Şəhər Orta Məktəbi ilə eyni ünvanda 700 şagirdi olan İnternat Tipli 10 № Orta Məktəbdə fəaliyyət göstərdiyi məlum olub!

"AYDA sədri Saleh Məmmədov 1500 şagirdin qətlinə fərman verib" - VİDEO+FOTO

Kənd sakinləri “İnterPosta.İnfo”-ya bildiriblər ki, adıçəkilən yolun piyada zolağı olmadığına görə hər an bədbəx hadisə baş verə bilər. Kənd sakinləri hər gün övladları ölümlə üz-üzə gəlməsinin səbəbini yolu inşa edən Avtomobil Yolları Dövlət Agentliyində görürlər!
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədiri Saleh Məmmədov hara baxır ki, onun rəhbərlik etdiyi qurum 1500 şagirdin, 100-dən çox müəllimin həyatın ölümlə üz-üzə qoyub?
Pirşağı kəndinin sakinləri: Dövlət büdcəsindən miliyonlarla manat dəyərində vəsait xərclənməsinə baxmayaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədiri Pirşağı kəndində yol yox, “azreyil” inşa edilib!

Qarşı tərəfi dinləməyə hazırıq.

İnterPosta.İnfo


"AYDA sədri Saleh Məmmədov 1500 şagirdin qətlinə fərman verib" - VİDEO+FOTO

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26