Interposta.Info

Bugünkü Günəş tutulmasının sirləri – ELMİ-LƏDUN

Müxtəlif / Paradoks
 6-01-2019, 12:02     10 835

”Məgər göylərdə və yerdə olanların Günəşin, Ayın və ulduzların, dağların, ağacların və heyvanların (hamısının), insanların isə, bəzilərinin Allaha səcdə etdiyini görmürsənmi?” “Quran”, “Həcc”surəsi, 18

İnterPosta.info xəbər verir ki, bu gün - 6 yanvar 2019-cu il, tarixdə Günəş tutulması baş verəcəkdir. Bu tutulmada diqqət çəkən məqamlardan biri, onun 29 ədədi altında baş verməsidir. Bu ədədin mənasını şərh etməzdən öncə, tərtib etdiyimiz cədvəli diqqətinizə çatdırırıq:

Bugünkü Günəş tutulmasının sirləri – ELMİ-LƏDUN

Cədvəldən göründüyü kimi, Günəş tutulmaları 355 günün (Ay təqvimi ilə bir ilin) tamamında təkrar baş verir. Həmçinin, dörd il dalba-dal eyni tarixdə təkrarlanır.
Bugünkü Günəş tutulmasının bizə ötürdüyü kodlaşdırılmış mesajları anlamaq üçün, 29 ədədinin hikmətinə nəzər salaq.

Əvvəlcə qeyd edək ki, 29 ədədi Yer kürəsinə işarədir. Çünkü, yerin insan yaşayan quru hissəsi 29 %-dir (yeri gəlmişkən, bu hikmət insanın anatomik quruluşunda da özünü büruzə verir. Belə ki, insan anatomiyasında mövcud olan su ilə bərk cisim 29-un 71-ə nisbətindədir).

Diqqətinizi daha bir məqama yönəldək ki, “Quran”ın 29-cu surəsi “Hörümçək” adlanır və şər qüvvələrə, bugünkü mafiya və monopoliyalara işarədir. Bildiyimiz kimi, bu gün Yer kürəsinin 29 %-də yaşayan insanlar şər qüvvələrin, mafiyaların qurduqları hörümçək torunda çabalamaqdadırlar. Qurani-Kərimdə Günəş tutulması qiyamətin əlaməti olaraq qeyd edilir. XXI əsrdə bu əlamətin (tutulmanın) 29 ədədi altında baş verməsi artıq Yer əhlinə kodlaşdırılmış xəbərdarlıq kimi qəbul edilməlidir.
Sübut üçün bildirim ki, 29-cu surə 69 ayədən ibarətdir. 69 ədədi isə “Haqq olan qiyamət” surəsinin sıra nömrəsi olduğundan, “Quran”da qiyamət rəmzi sayılır. Maraqlıdır ki, 29-cu surə məhz 69 (!) ayədən ibarətdir.

Bu fakt onu göstərir ki, 69-cu və 29-cu surələr həm mahiyyətcə, həm də riyazi yolla biri-birinə bağlanırlar. Sübut üçün daha bir dəlil gətirim: 29 ədədi (29-cu ayə) müqəddəs kitabda məhz 69 dəfə keçir (“Quran”ın altmış doqquz surəsində 29-cu ayə var; qalan surələrdə ayələrin sayı 29-dan azdır).

Bugünkü Günəş tutulmasının elmi-lədun təhlili göstərir ki, Yaradan yolun azmış, bəşəri dəyərlərdən uzaqlaşmış insanlara, və onların rəhbərlərinə xəbərdarlıq edir ki, tövbə edib, doğru yola qayıtsınlar və bir-birlərinə züm etməkdən çəkinsinlər. Əks halda xalqları və onların rəhbərlərini ağlasığmaz bəlalar gözləyir. Hesablamalarımız 2019-cu ildə mafiya tipli dövlətlərin dağılacağını və pangeyizm dövrünün başlayacağını xəbər verir.
Dünyada baş verən və günü-gündən intensivləşən fəlakətlərə açıq gözlə baxsaq yolun azmış bəşəriyyətin necə cəzalandığını hər gün görə bilərik.

Elmi-lədun araşdırmalarımız göstərir ki, Günəş tutulmaları biri-biri ilə “Quran”ın səhifələrinin (286) üç misli olan 858 (!) ədədi ilə bağlanır.
Bildiyimiz kimi, “Quran”ın orjinalı 286 səhifədən ibarətdir. Yəni, XVIII əsrə qədər (ərəb ölkələrində İslama baxış dəyişənə qədər) çap olunan və Kəbədə, elcə də dünyanın müxtəlif muzey və kitabxanalarında saxlanılan bütün “Quran” kitabları 286 səhifəyə yerləşdirilib. Odur ki, bu ədədin hikmətlərinə qısaca nəzər salmağı lazım bilirik:

1) “Quran”da təsbit olunmuş İslamın iki böyük bayramı Qurban və Ramazan bayramları arasında qalan günlərin sayı bir qayda olaraq (Qurban bayramından sayılmaqla) 286 gündür.

2) Araşdırmalarımız göstərir ki, insan ana bətnində 286 günə yaranır. Belə ki, cütlüklər görüşəndən sonra, toxumun ana bətninə çatması 6 gün + bətndə normal inkşaf 280 gün = 286 gün. Deməli, uşaq ana bətnində “Quran”ın hər səhifəsinə bir gün hesabı ilə qalır.

3) İnsanlar Günəş və Ay (Qəməri) təqvimindən istifadə etməklə, ildə iki dəfə təqvim dəyişməsini qeyd edirlər: 21 martda və 31 dekabrda. Bu iki bayram arasında qalan günlərin sayı da (Novruz bayramından sayılmaqla) bir qayda olaraq 286 gündür.

4) Quranın 2-ci surəsi olan “İnək” surəsinin də 286 ayədən ibarət olması təsadüfi deyildir. Belə ki, inəyin 286 sümüyün birləşməsindən yaranmasını artıq elm təsdiq etmişdir.

“Quran”ın əsas mahiyyəti günahlara görə insanın TÖVBƏ etməsidir ki, bu da üç dəfə deyilir. Bunu riyazi dilə çevirsək: 286; 286; 286 (müqəddəs kitaba and içəndə də üç dəfə təkrarlanır). Bunları topladıqda isə, 858 ədədi alınır:
286 + 286 + 286 = 858
Bu və digər hesablamalarımız sübut edir ki, 286 ədədi Allahın kodlaşdırılmış möhürü olaraq bütün elmlərin və böyük hadisələrin üzərinə “vurulmuşdur”. O cümlədən astronomik hadisələrin də üzərində 286 ədədinin üç misli olan 858 ədədini görmək üçün tərtib etdiyimiz aşağıdakı cədvələ diqqət etməyiniz kifayətdir:
Bugünkü Günəş tutulmasının sirləri – ELMİ-LƏDUN

Cədvəldən göründüyü kimi, bugünkü Günəş tutulmasından 858 gün qabaq – 01 sentyabr 2016-cı il tarixdə Günəş tutulması baş verib.

Bütün bu və digər faktlar astronomik hadisələrin əslində ALLAHDAN bir kodlaşdırılmış mesaj olduğunu sübut edir. Bu tutulma da yolun azmış bəşəriyyətə gələcək bəlaların siqnalı kimi qəbul edilməlidir.
Paşa Yaqub,
Psixoterapevt, elmi-lədun bilicisi

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26