Interposta.Info

Ayın üzərindəki ləkə hansı materikin xəritəsidir?

Manşet / Paradoks / Ölkə
 30-12-2018, 19:04     11 435

Ayın üzərində müşahidə edilən “ləkə”ni insan övladı yaranışdan bəri hər axşam görsə də, bunun mənasın dərk etmədiyindən, cürbə-cür rəvayətlər yaranmışdır.
Bugünədək elmi izahı verilməyən bu “ləkə”nin nə olduğunu nəhayət ki, azərbaycanlı həkim və elmi-lədun bilicisi Paşa Yaqub "İnterPosta.info"-ya açıqlayıb.

Doktorun dediyinə görə Ayın üzərində hər axşam gördüyümüz əslində Pangeya materikinin xəritəsidir.
Doktor onu da bildirdi ki, 2019-cu ildə pangeyizm ideyası bütün dünyaya yayılacaq və bəşəriyyət bu ideya ətrafında birləşərək, zülmdən və müharibələrdən xilas olacaqdır.

İlk yaranışda Yer kürrəsində cəmi bir materik olub ki, onun da adı Pangeya olub. Həmin materiki əhatə edən okean isə Pantalas olub. Zaman keçdikcə həmin Pangeya materiki əvvəlcə iki hissəyə, sonra isə, altı hissəyə bölünüb.
“Pangeoist” sözünün mənşəyi, “Pan os” - “tam”, “bütöv”, “kök” (özül); “geo” - “Yer” mənası verməklə, “bütöv Yer” mənasını bildirir. Bu ideyanın daşıyıcıları pangeyistlər adlanır.
Göründüyü kimi, ilk yaranışda Yer bütöv olmuş, əsrlər keçdikcə, parçalanaraq, indiki halına gəlmişdir. Necə ki, insanlar əvvəlcə bir atadan, bir anadan doğulduqdan sonra, millətlərə, xalqlara parçalandılar; daha sonra irqlərə, dinlərə, təriqətlərə... bölündülər və indiki hallarına gəldilər.
Həmin eyni atanın və ananın övladları artıq biri-birlərinə düşmən kəsilərək, bir xalq digərinin, bir din o birinin, bir təriqət digər təriqətin qanını içməyə hazırdır və içirlər də!
Bütün bunların qarşısın almaq, insanları din və digər mafiyaların əsarətindən qurtarmaq üçün Pangeyizm ideyası insanlara elmlənməyi və bu mafiyaların quraşdırdıqları ibadətgahlardan - “Allah evləri”ndən uzaq durmağı tövsiyyə edir. Vaxt gələcək pangeyistlərin təbliğatı bütün dünyaya yayılacaq və insanlar öz əvvəlki hallarına - birlik və sülh hallarına qayıdacaqlar.
-Pangeyistlər və onun ardınca gedənlər dinsiz olacaqlarmı?
-Əlbəttə ki, yox; pangeyistlər dinsiz deyillər. Onlar Yaradanın birliyini qəbul edirlər. Öz fəaliyyətlərində elmə, əxlaqa, xeyir əməllərə, halallığa və dürüstlüyə - bir sözlə, bəşəri dəyərlərə üstünlük verirlər. Sadəcə, indi mövcud olan (mafiyaların nəzarətində olan) heç bir ibadətgaha – sinaqoqa, kilsəyə, məscidə getməyəcəklər və özləri də heç bir ibadətgah yaratmayacaqlar. Onlar Allahın təkliyini, Allahın hər yerdə olduğunu qəbul edəcəklər. Bu səbəbdən onların inancı peyğəmbərlərin babası olan İbrahim Peyğəmbərin təbliğ etdiyi Tovhidə - tək Allahlığa uyğun gələcəkdir.
Bildiyimiz kimi, Tovhid bütün dinlərin mənbəyi, başlanğıcıdır. həmin vaxt ibadətgah olmayıb. Beləliklə, yeni xilaskar – Pangeyist həm millətləri, həmm də dinləri ilkin mənbəyinə, başlanğıcdakı halına gətirəcəkdir ki, bu da insanlar arasında sülhün, əminamanlığın yaranmasına və pozulmuş nizamın bərpa olmasına səbəb olacaqdır...

Dünyaya açıq gözlə baxsaq görərik ki, “Buddizim”, “Atəşpərəstlik”, “Musəvilik”, “İsavilik” və “İslam” adı altında fəaliyyət göstərən mafiyalar dünya sərvətləri, nüfuz dairəsi uğrunda necə qanlı savaş aparırlar.
Bu savaşda qazanan mafiyalar, itirən isə, sadə insanlardır.
Onlar əsasən, savadsız, elmsiz, işsiz-gücsüz insanları öz təsiri altına salaraq, onlara maaş vəd verməklə, müharibələrə cəlb edirlər. Nəticədə, həmin müharibədə iştirak edən tərəflərə həm silahlarını satırlar, həm əsir götürdükləri insanları, onların daxili orqanlarını satırlar, həm də qarətçilikdən küllü miqdarda sərvət qazanırlar.
Bir çox hallarda müharibədə iştirak edən əsgərlərin maaşlarını və sığortalarını da vermirlər. Əsgərlər ölüncə döyüşür, ömürlərini mafiyaların yolunda qurban verirlər.
Bütün bunların qarşısını almaq, insanları din mafiyalarının əsarətindən qurtarmaq üçün, bəşəriyyət pangeyizm ideyası ətrafında birləşəcəkdir. Çalışmaq lazımdır ki, insanlar elmlənsinlər və mafiyaların toruna düşməsinlər.
Yaxın zamanda pangeyizm ideyası bütün dünyaya yayılacaq və bəşəriyyət öz əvvəlki halına - birlik və sülh halına qayıdacaqdır.
Pangeyizmə görə insan öz taleyini əslində özü öz əməlləriylə yazır. Yəni, bu il ərzində insanlara etdiyimiz yaxşılıq, yaxud, pislik alnımıza yazılır və növbəti ildə həmin şeylər bu və ya digər formada özümüzə qayıdır... Odur ki, pangeyistlər daim yaxşılıq edib, yaxşılıq da görəcəklər.
Pangeyizm ideyası ətrafında birləşənlər gün ərzində beş dəfə Yaradanı zikr edib - yada salıb, beş dəfə də ətrafdakı insanlara yaxşılıq edəcəklər. Bununla da Yaradana olan ibadətləri sözdə və əməldə tamamlamış olacaqlar.
Pangeyistin axşam övladına verdiyi sual budur: Oğlum, bu gün beş adama yaxşılıq etdinmi?
Pangeyistlər etdikləri zikrləri də, etdikləri yaxşılıqları da təklikdə edəcəklər. Qrup halında ibadət reklam və özünü kiməsə göstərmək üçündür. Bunlar yalnız Yaradan xatirinə və gizlin olmalıdır.
Pangeya ideyası çox yaxın zamanda dünyaya yayılacaq, bəşəriyyət bu ideya ətrafında birləşəcək. Beləliklə, dünyada sülh, əminamanlıq bərqərar olacaq. Bunun qarşısın heç bir qüvvə ala bilməz. Çünki, bu Allahın qərarıdır.
- Bu qərarın Allahdan olduğunu necə sübut edə bilərsiniz?
-Bu xəbərin Allahdan olduğunu sübut etmək üçün, sizə bir sirr açım. Hansı ki, bu sirr insan beyninin məhsulu olmayıb, Allahdan gələn bir kəşfdir. Belə ki, bayaq Dünyanın ilk yaranışda tək bir materikdən ibarət olduğunu, həmin materikin isə, Pangeya adlandığını qeyd etdim. İndi sizə Pangeya materiki haqda daha heyrətamiz bir sirr açmaq istəyirəm. Belə ki, insanlar hər gecə bu materiki gözləri ilə görsələr də, əslində bunun Pangeya olduğunu heç vaxt ağıllarına gətirməyiblər. İndi mən sizə həmin materikin yerini göstərirəm: axşam qaranlıq qovuşandan sonra başınızı qaldırıb, Aya baxın; Pangeya materikini orada görəcəksiniz. Belə ki, Ayın üzərindəki “ləkə” əslində Pangeya materikinin xəritəsidir.
Bütün bu və hələlik demək istəmədiyim digər sirlər, Azərbaycanda meydana gələcək pangeyizm ideyasının bəşəriyyəti xilas edəcəyi barədəki fikirlərimin subyektiv olmadığını, Yaradanın qərarı olduğunu bir daha sübut edir.
- Bəşəriyyət pangeyizm ideyası ətrafında birləşib, vahid hala gəldikdən sonra ictimayi quruluş necə olacaq?
-Həqiqətən, maraqlı sualdır: bəşəriyyət gələcəkdə hansı quruluşda yaşayacaq: kapitalizm, sosializm, yoxsa kommunizm olacaq?

Mənə məlum olan odur ki, gələcəkdə bəşəriyyət bu quruluşların heç birində yaşamayacaq. Gələcək quruluşun adı İnformasionizm olacaq. Bu quruluşda əsas məsələ məlumat olacaq. Düzgün məlumat hər şeydən qiymətli olacaq.
Hakimiyyət quruluşu isə, Meritokratiya olacaq.
“Meritokratiya” - savadlıların və ağıllıların hakimiyyəti deməkdir. Yəni, pangeyizmdə insanlara mənsub olduqları partiyaya görə deyil, malik olduqları savada, ağıla görə yanaşılacaq.
Onu da bildirim ki, həmin vaxt insanlarda elm çox güclü inkşaf edəcək və digər planetlərdə yaşayan canlıların elminə yaxın, bəlkə də onlardan da çox olacaq.
Həmin dövrdə mədəniyyət və incəsənət də indikindən güclü inkişaf edəcəkdir. Belə ki, tikilən binalar insanlara, heyvanlara və ağaclara bənzəyəcəkdir.
Yəni, memarlıq o qədər güclü inkişaf edəcək ki, istənilən görkəmli adama bənzəyən, sevdiyiniz heyvana, yaxud, xoşladığınız ağaca, gülə bənzər binalar sifariş edib, tikdirə biləcəksiniz.
- Pangeyizmdə kimlər müqəddəs sayılır?
-Pangeyizmə görə insan daim yaxşılıq etməlidir – son nəfəsinə kimi! Pangeist öləndə də mütləq orqanını başqasına bağışlamaldır! Pangeyistin dirisi fayda verdiyi kimi ölüsü də faydalı olmalıdır!
Pangeyizmə görə yaxşılığa çalışan, xeyirxahlıq edən hər bir şəxs müqəddəs sayılır.
Dünyanı nə sevgi, nə gözəllik, nə də din xilas edəcək! Dünyanı ancaq və ancaq yaxşılıq xilas edəcək!
Yaxşılıq et, sən də müqəddəslərdən ol!


İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26