Interposta.Info

“Prezidentin bir tərəfində islam dini, digər tərəfində xristianlıq-yəhudi dini təmsil olunur”

Müxtəlif / Paradoks
 6-12-2018, 23:11     770

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) yarandığı gündən Prezident İlham Əliyevin qarşıya hədəf kimi qoyduğu Azərbaycan multikulturalizminin dünyada tanıdılması, beynəlxalq arenada təbliği və təşviqi ilə bağlı əhəmiyyətli layihələr reallaşdırır.
Mərkəzin önəmli layihələrindən biri də artıq ənənəyə çevrilən, mütəmadi olaraq ildə iki dəfə təşkil edilən Beynəlxalq Multikulturalizm Qış və Yay məktəbləridir. Müsahibimiz Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənovdur.
Mövzuyla bağlı İnterPosta.info-nun əməkdaşları Rəvan Həsənovla həmsöhbət olub:
Multikulturalizm nədir və Azərbaycan cəmiyyətinə bu termini daha sadə necə izah edə bilərik?
Multikultralizm bir dövlətin tərkibində müxtəlif mədəniyyətlərin, müxtəlif inancların birgə mövcud olmasıdır. Terminoloji baxımdan desək, bir çox cəmiyyətlərdə xüsusilə, Qərb cəmiyyətində multikultralizm başqa cür anlaşılır, Azərbaycan cəmiyyətində isə tamamilə başqa cür anlaşılır. Xüsusilə Qərb dünyasında Multikultralizmə miqrasiya fonundan baxılmasında daha çox üstünlük verilir. Müxtəlif sivilizasiyaların toqquşması və yaxud da, bəzən multikultralizm anlayışını müəyyən bir mədəniyyətin,digər mədəniyyət daxilində təcrid olunması kimi yanaşanlar olur. Ancaq, belə hesab edirəm ki, bu tamamilə yalnış yanaşmadır. Multikultralizm nəzəriyyəsi, liberal siyasətə əsaslanmış , liberal əsasları olan, qrup mədəniyyətinin qorunmasına hesablanmış bir siyasi xəttdir. Baxın, dünyada bu günləri 200-ə yaxın dövlət var. Və 2000-dən çox xalq var. Bu o deməkdir ki, bu gün dünyada 2000-dən çox fərqli mədəniyyət mövcudur. Ən azından ənəvi dinlərlə yanaşı, qeyri-ənənəvi dinlərin də sayı kifayət qədər çoxdur.Cənab Prezident dəfələrlə vurğulayıb ki, biz multikultralizmin alternativini görmürük. Azərbaycanda mədəniyyətlər heç vaxt toqquşmayıbdır. Bəzi insanlar hesab edirlər ki, bizdə multikultralizm tolerantlığın bir əlamətidir. Azərbaycanda multikultralizm dövlətin siyasi xəttində olan bir yanaşmadır. Bu gün Azərbaycan multikutralizmin ünvanlarından biridir. Bunu ürəklə demək olar.
Multikulturalizm Azərbaycana və dünyaya nə bəxş edir?

“Prezidentin bir tərəfində islam  dini, digər tərəfində xristianlıq-yəhudi dini təmsil olunur”

Bilirsiniz, multikultralizm birinci dünyaya sülh bəxş edir. Bəlkə də, bu çox geniş bir ifadədir. Deyə bilərsiniz ki, bu gün dünyada dini və etnik zəmində münaqişələr baş verir. Ancaq, onu da etiraf etmək lazımdır ki, bu gün multikultralizm siyasətini uğurla həyata keçirən az dövlətlər vardır. Hardaki, multikultralizm hakimdir, orda ilk növbədə ictimai sabitlik, vətəndaş həmrəyliyi, xalq-dövlət birliyi, dövlət-din münasibətləri və etnik müstəvidə bərabərliyin hiss olunmasını aydın şəkildə görmək olar. Mən sadaladığım bu anlayışlar Azərbaycanda təsəvvür etsəniz, bu zəmində heç nə olmayıbdır, o zaman multikultralizm Azərbaycan üçün hansısa strateji məfhumdur.
- Multikulturalizm, tolerantlıq ənənələri Azərbaycan mediasında necə əksini tapır, bu dəyərlər necə qorunur?
Əvvəla, onu qeyd edim ki, 2014-cü ildə Bakı Beynəlxalq Multikultralizm mərkəzi cənab Prezidentin sərəncamı ilə yaradılanda sanki cəmiyyət buna acı idi. Azərbaycan mətbuatında multikultralizmlə bağlı yazılar getməyə başladı. Bizdə multikultralizm, tolerantlıq ənənələri qədim köklərlə bağlıdır. Təəssüf ki, biz bunu təvəzökarlıqdanmı desək , bunu heç vaxt ışıqlandırmamışıq. Biz xarici ölkələrdə heç vaxt, əvvəllər multikultralizm ölkəsi kimi tanınmamışıq. Bu gün Azərbaycan mediasında da bu sahəyə göstərilən diqqət xüsusilə vurğulanmalıdır. İstər dövlət qəzetləri olsun, istərsə də özəl saytlar olsun, istər televizyalarımız multikultralizm və tolerantlıq mövzularını daima işıqlandırırlar. Yalnız ölkə mediasını qeyd etmək kifayət deyil. Xarici mətbuatda da bu sahədə kifayət qədər yazılar gedibdir. Amerika mətbuatında və Avropa mətbuatında da bu səpkidə yazılara rast gəlmək olar. Biz bütün bunlara cənab Prezidentin həyata keçirdiyi uğurlu siyasət nəticəsində nail olmuşuq.
- Azərbaycanın multikulturalizm və tolerantlığın ünvanına çevrilməsində daha çox nə rol oynayır?
Daha çox Azərbaycanda mövcud olan ictimai-siyasi quruluş, Azərbaycanın multikulturalizm və tolerantlığın ünvanına çevrilməsində başlıca rol oynayır. Bizim iftar süfrələrinə baxın. Orda görəcəksiniz ki, cənab Prezidentin bir tərəfində islam dini, digər tərəfində xristianlıq-yəhudi dini təmsil olunur. Bu dövlət başçısının və dövlətin birbaşa dini icmalara və digər etnik xalqlara göstərdiyi bərabər münasibətləridir. Bu günləri artıq, Azərbaycan cəmiyyətində “öz-özgə” anlayışı tamamilə aradan qalxıbdır. Bizim cəmiyyətimizdə ayrıseçkiliklə bağlı problem heç vaxt olmamışdır. Bununsa əsas səbəbi, formal siyasət və ictimai qruluşdur.
-Multikulturalizmin Azərbaycanda daha da inkişaf etdirilməsi, dövlət başçısının imzaladığı sərəncamdan irəli gələn vəzifələrin yerinə yetirilməsi üçün hansı işlər görülməlidir?
“Prezidentin bir tərəfində islam  dini, digər tərəfində xristianlıq-yəhudi dini təmsil olunur”

Yaxın keçmişimizdə bir çox işlər görülübdür. Mən sizə bəzilərini sadalayım. Artıq multikultralizm mərkəzinin dünyada 8 filialı fəaliyyət göstərir. Dünyanın 20-dən artıq aparıcı Universitetlərində “Azərbaycan multikultralizmi” fənni akademik müstəvidə tədris olunur. Bu isə o deməkdir ki, kifayət qədər gənc Azərbaycanda olan bu dəyər haqqında məlumatlar əldə edirlər. İl ərzində bizdə iki dəfə xarici tələbələr üçün yay və qış məktəbləri təşkil olunur. Kifayət qədər çoxlu nəşrlərimiz mövcuddur. Bundan əlavə biz dünyanın mühüm siyasi mərkəzlərində dəyirmi masalar, konfranslar, elmi mövzular və müzakirələr təşkil olunur. Bütün bunlar görülmüş işlərin çox qısa hissəsidir. Əlbəttəki biz bununla kifayətlənmək niyyətində deyilik. Mən xüsusilə vurğulamaq istəyirəm “Bakı Prosesini”. 2008-ci ildə ölkə rəhbərliyinin təşəbbüsü ilə başlanan regional bir hərəkat, daha sonra qlobal müstəviyə keçdi. “Bakı Prosesi” bir humanitar platformadır.
-Azərbaycan və Türkiyə arasında multikultralizm ənənələri var. Və bu nə dərəcədə inkişaf etdirilir?
Əvvəla qeyd edim ki, Azərbaycan ilə Türkiyə arasında olan dostluq əlaqələri, bəlkə də dünyada alternativi görünməyəcək müstəvidədir. Biz Türkiyə universitetlərində “multikultralizm” fənnini tədris edirik. Türkiyəli professorlar mütəmadi olaraq mərkəzimizdə olurlar. Türkiyə səfirliyi ilə kifayət qədər yaxşı əlaqələrimiz mövcuddur. Və gələcəkdə Azərbaycan modelinin Türkiyədə təbliğiylə bağlı da, gözləntilərimiz və birgə proyektlərimizin olması əlbəttə gözləniləndir. Biz Türkiyəyə heç vaxt ayrı dövlət kimi baxmamışıq və adət-ənənələrimiz də çox oxşardır.
Elşən Yəhyayev

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26