Interposta.Info

"Səbəbi dəqiq bilinmir”- Hücuma məruz qalan azərbaycanlı junalist

Müxtəlif / Paradoks
 28-11-2018, 00:19     771

“Səfirliyin özündən hələ heç kim axtarmayıb”- Hücuma məruz alan azərbaycanlı jurnalist
İnterPosta.info xəbər verir ki, Ukraynanın paytaxtı Kiyevə ezam olunmuş “Report” İnformasiya Agentliyinin əməkdaşı Mübariz Aslanov mütəmadi naməlum şəxslər tərəfindən təqiblə və silahlı hədələrlə üzləşib. Məsələylə bağlı Mübariz Aslanovla həmsöhbət olduq:
-Mübariz bəy, sizə hansı səbəblərdən təzyiq olunur?
Səbəbi dəqiq bilinmir. İndiyə qədər 10 ildir jurnalist kimi gəlib-gedirəm. Hələ belə şey olmayıb. Bu yeni bir məsələdir. Ona görə, bizə də təəccüblüdür. Sağ olsun Azərbaycan diasporu. Xüsusilə də, Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporunun sədri Hikmət Cavadova hüquqi və digər dəstəkləri sayəsində artıq polisin ciddi arasdırmaları gedir. Görək necə olacaq…
-Səfirlik bu istiqamətdə sizə hər hansı bir yardım edirmi?
Bizim DİN-in burdakı nümayəndəsi Şahin Qocayev yaxından məsələylə bağlı maraqlanır. Yerli polis ilə bu barədə yaxından işlədiyini bildirir. Amma səfirliyin özündən hələ heç kim axtarmayıb
-Kiminləsə ədavətiniz varmı? Sizə qarşı hücum jurnalist fəaliyyətinizlə bağlıdır?
Mənim heç kimlə, xüsusilə də Ukrayna ilə heç bir ədavətim yoxdur. Əksinə, ən çox dostlarım burdadır. Yuxarıda dediyim kimi, 10 ilə yaxındır gəlib-gedirəm. Hər mövzuda yazım olub. Amma burdan mənə zərrə qədeər də, əks bir hal olmayıb. Amma bu dəfə oldu. Burda hazırda Ukraynanın yüksək mövqe sahibləri ilə Azərbaycanın müsbət imici, Azərbaycanla, azərbaycanlılarla əlaqələr baxımından, Azərbaycan diasporunun yüksək rolu baxımından müsahibələr hazır edirəm. Görünür ki, şəxs olaraq bu , kimisə narahat edir...
Elşən Yəhyayev

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26