Interposta.Info

“Bu ölkə məktəbinə, ölkə sənətinə vurulan zərbədir” - Ekspert

Ölkə / Manşet / Paradoks
 21-11-2018, 10:32     10 729


“Təhsil Nazirliyi və Bakı Şəhər Təhsil İdarəsi məsələyə sadəcə olaraq izləyici mövqeydində qaldı”
“Dolu” filminin məşhur aktyoru, “Drakon” obrazını canlandıran Rza Rzayev qalmaqal yaşadığı məktəb direktoru Tural Mirzəliyevi döyüb. Hadisə Nizami Rayon Məhkəməsinin qarşısında baş verib. Məsələylə bağlı təhsil eksperti Kamran Əsədov İnterPosta.info-ya açıqlama verib:

“Sosial şəbəkələrdə və mətbuatda 175 nömrəli məktəbin direktoru Tural Elmioğlu və tanınmış aktyor Rza Rzayev arasında xoşagəlməz hadisələrin yaşanması ilə bağlı yayılan məlumatlar məni çox təəssüfləndirir.
Bu, istənilən halda yaxşı və arzuolunan vəziyyət deyil. Onlar arasında münasibətlər bir ilə yaxındır ki, gərgin idi. Səbəb məlum idi. Amma aidiyyati üzrə əməli addım atalı olan Təhsil Nazirliyi və Bakı Şəhər Təhsil İdarəsi sadəcə olaraq izləyici mövqeydində qaldı. Bu müddət ərzində təhsilin idarəçiləri bu iki şəxsi ağsaqqaları dəvət etməklə görüşdürüb aralarındakı problemi həll etməklə barışdırmalı idilər. Çünki problem gizli deyildi. Hər iki ziyalı bir birinə sosial şəbəkələr və mətbuat vasitəsi ilə açıq müharibə elan etmişdilər və bu onların bir birinə fiziki zorakılıq edəcəyini qaçılmaz edirdi. Sadəcə olara kim dözümsüzlük nümayiş etdirsə o ilk hücuma keçəcəkdi. Çünki hər iki tərəfin haqlı arqumentləri var idi.

“Bu ölkə məktəbinə, ölkə sənətinə vurulan zərbədir” - Ekspert


Azərbaycan Ermənistan arasında ağır münaqişəni görüşüb müzakirə etdiyimiz dövrdə, iki vətəndaş arasındakı münasibətləri aidiyyati qurumlar tənzimləyə bilmirsə, deməli günahkar onlardır. İndiyə qədər qarşıdurma həll olunmalı idi. Təssüf ki, nəticə belə oldu. Düşünürəm ki, məsələ hüquq müstəvisində düzgün həll olunacaq. Hər kəsdən əsəblərinə hakim kəsilməyə və bir millət olaraq, bir-birimizə qarşı dözümlülük, səbr göstərməyi arzu edirəm. Bütün detalları və tərəflərin mövqeyini öyrənəndən sonra dəqiq fikir bildirəcəyəm. Tural müəllim orta məktəblərə rəhbərlik edən, uzun müddət təhsildə olan, islahatçı bir ziyalıdır, Rza Rzayev də xalqını, millətini sevən, bütün imkanlarını sənət yolunda səfərbər edən, mərd şəxsdir. Düşünürəm, bu ifadələr çox məsələdən xəbər verir. Məhz bizim məktəblilər üçün Rza Rzayev müasir dövrün kişi qəhramanı olaraq nümunə gətirməli idi. Bizim məktəblər onu məktəblərə dəvət edib şagirdlərlə görüşdürməli idilər, özümüzün müasir qərəman obrazımız tanıtmalı, formalaşdırmalı idilər. Dediyim kimi, məsələnin bu həddə gəlməsində günahkar təhsil idarəçilərinin baraşdırcı mövqeydə olmamasıdır. Bu nə birinci faktdır, nədə sonuncu. Amma dərs almalı faktdır. Təhsil idarəçiləri təkcə təhsil verməməlidirlər, həmdə dərs almalıdırlar. Hansısa instidednt baş verəndə, simiçka çırtdayıb dedektiv film izləyirmiş kimi kənardan izləyici mövqeydində olmaq lazım deyil. Bu təkcə Tural bəyə, Rza bəyə vurulan zərbə deyil. Bu ölkə məktəbinə, ölkə sənətinə vurulan zərbədir. İndi Tual bəy məktəbə necə daxil olub rəhbərik edəcək? Belə çıxır ki, kimin istədiyi olmasa, gəlib Tural bəyi döyüb istədiyini edə bilər? Və ya, Rza bəy kimi haqqı tapdanan, hüququ qorunmayan ancaq zor tətbiq etməklə hüququnu qoruya bilər? Bunlar yaxşı nümunə deyil hörmətli TN və BŞTİ, inanın ki, yaxşı deyil. Belə hadsələr insanların təhsilə inamını, etibarını aşağı salır, təhsilin nüfuzunu zədələyir. Bu müddət ərzində təhsilin ağsaqqalları susmalı deyildi . Ümid edirəm ki, bundan sonra susmayacaqlar. Yoxsa bu gərginlik yenədə davam edəcək. Mütləq hər iki şəxsi görüşdürüb barışıq əldə olunmalıdır”.
Elşən Yəhyayev

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26