Interposta.Info

Nar festvalında "Mehdi Səlimzadənin adamı adi kababçıdan rüşvət alma görüntüləri yayıldı" - VİDEO

Manşet / Paradoks
 10-11-2018, 18:19     10 910

Göyçayda XIII Nar festivalına start verilmişdir.

Dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, xarici ölkələrin Azərbaycandakı səfirləri, yerli və xarici iş adamları, beynəlxalq təşkilatların əməkdaşları ilə yanaşı ətraf rayon vətəndaşlarıda Göyçay rayonunda "Nar festival"ında iştirak etmişdirlər. Azərbaycanı dünya bazarında tanıdan əsas meyvələrdəndə biri, nardır!

"İnterPosta.İnfo" xəbər verir ki, beynalxalq aləmdə azərbaycana şan-şöhrə gətirən "Nar festival"ında Göyçay rayon icra hakimyətinin əməkdaşı rüşvət alarkən vətəndaşlar tərəfindən çəkilərək sosial şəbəkələrdə ictimayiləşdirilib.

Göyçay İcra Başçısı Mehdi Səlimzadənin adı bir çox qalmaqallı məsələlərdə hallanması mətbuatdan hərkəsə məlumdur. Dövlət rəsmiləri, xarici ölkələrin Azərbaycandakı səfirləri, yerli və xarici iş adamlarının cəmləndiyi nar bayramında adi kababçıdan rüşvət almaqla, Azərbaycanın nüfuzuna beynəlxalq aləmdə xələl gətirməkdən başqa birşey deyil!
Belə ki, yerli və xarici yüksək çinli məmurların iştirak etdiyi tədbirdə rayon icra başçısının tabeliyində olan bir işçinin açıq şəkildə pul yığması, kiməsə güvənməsindən, nar bayramına deyil, hansısa şəxsə və ya şəxslərə "xidmət" etməsi deməkdir!..

Nar festvalında  "Mehdi Səlimzadənin adamı adi kababçıdan rüşvət alma görüntüləri yayıldı" - VİDEO


Göyçay İcra Başçısı Mehdi Səlimzadə rayona nəzarət edə bilmir və ya dövlətin maraqlarını deyil, öz şəxsi "mənafeyini" güdür?

Qarşı tərəfin mövqeyin dinləməyə hazırıq.

Adı çəkilən kadırı "İnterPosta.İnfo" təqdim edir:

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26