Interposta.Info

“Jurnalistikaya gələn gənclərin çoxu qeyri-peşə sahibləridir” - Televiziya

Paradoks
 28-10-2018, 01:00     10 847


Artıq xeyli vaxtdır Azərbaycan telekanallarındakı nöqsanlı hallar, aparıcıların qeyri-peşəkar davranışları cəmiyyətdə narazılıqla qarşılanır. Xarici ölkələrin aparıcıları dəlləkliyi ilk olaraq müqəvvanın başında öyrənir, Azərbaycanda isə aparıcılar birbaşa insanın başında öyrənirlər.

Mövzuyla bağlı radio verlişlərinin aparıcısı Mətanət Əzimovayla "İnterPosta.info"nun əməkdaşı Elşən Yəhyayevlə həmsöhbət olub:

-Radioya gələn gənclərin səviyyəsi sizi qane edirmi?
-Hamısı yox, amma razılığımızı qazananlar da var.
-Televiziya-radio aparıcılarının heç bir məktəb görmədən dərhal aparıcılıq etməsinə münasibətiniz necədir?
-Tamamilə bununla razı deyiləm. Ümumiyyətlə, jurnalistika peşəsini seçən hər bir kəs bu sahədə əvvəlcə özünü ciddi sınamalıdır və daha sonra isə onların bu peşədə çalışa bilib ya bilməyəcəyini mütəxəssislər təsdiqləməlidir.
-Diktorluq peşəsinə yeni gələn gənclərə nə məsləhət görərdiniz?
-Mən diktor deyiləm aparıcıyam. Amma tanınmış diktorlarımızın təcrübə məktəbini keçib və imtahanlarından çıxmışam…
-Xəbər aparıcıları xəbərləri niyə ləhcəylə aparır?
-Bəli, təəsüf ki, belə hallara qismən də olsa rast gəlmək olur. Amma bunun qarşısı alınmalıdır. Ədəbi danışıq dilimizin fonetik, qrammatik, ahəng və digər qayda-qanunlarına bu sahədə, yəni xəbərlər proqramı aparıcılığında xüsusi diqqət olmalıdır. Çünki verlişlərdən fərqli olaraq xəbərlər həmişə beynəlxalq ictimaiyyətin diqqətindədir. Dünya Azərbaycan dilini səlis və düzgün tələffüz qaydaları ilə dinləməlidir. Bu baxımdan xəbər çatdırıcılarımız öz üzərində daha ciddi çalışmalıdırlar.
-Azərbaycan radiosundan başqa hansı radionu dinləyirsiniz?
- O baxır hansı radioda maraqlı proqramlar var. Azərbaycan və ictimai radio ən çox sevdiyim və dinlədiyim efir məkanıdır.
-Pərəstiş etdiyiniz aparıcı varmı?
-Xeyr pərəstiş etdiyim aparıcı yoxdur. Amma, hardasa diqqətimi çəkən aparıcılar var. Hansıki, o aparıcılar, ifadə etdiyi fikirləri birbaşa beyinlərindən deyirlər. Kompyuterin yaddaşından yox. Bu gizli deyil ki, indiki gənclərimizin bir çoxu efirlərdə kompyuterin yaddaşından çıxardıqlarını oxuyurlar. Amma eləsi də var ki, doğurdanda hadisələrə, insanlara, apardığı verliş haqqında özünün fikir və mülahizələri var və onları dinləyicilərlə bölüşməyi bacarır. Mən bu cür aparıcılara, çox böyük ehtiram bəsləyirəm və yaddaşımda saxlayıram.
-Bəs hansı televiziyaya daha çox baxırsınız?
-Azərbaycan televiziyasına daha çox baxıram. Milli-mənəvi dəyərlərimizin qorunmasına və gənclərin vətənpərvərlik tərbiyəsində mühüm rol oynayan verliş və proqramlara burada üstünlük verilir.
-Bu gün Azərbaycan efir məkanında qeyri-peşəkar aparıcılar üstünlük təşkil edir. Aparıcıların dil normalarını kobud şəkildə pozması, dialekt sözlərdən istifadə etməsi kimi nöqsanlar nədən qaynaqlanır?
-Jurnalistikaya gələn gənclərin çoxu qeyri-peşə sahibləridir. Ondan əlavə, onlar qeyri-peşə sahibləri olduğundan, heç məktəbdə keçib öyrənmək də istəmirlər.Çünki onlara meydan verilir və onlar o meydandan istifadə edirlər. Məncə bu qeyri-peşəkarlıqdan və bir qədər də aparıcıların öz üzərində ciddi çalışmamaqlarından əmələ gəlir.
Elşən Yəhyayev

İnterPosta.info


“Jurnalistikaya gələn gənclərin çoxu qeyri-peşə sahibləridir” - Televiziya
“Jurnalistikaya gələn gənclərin çoxu qeyri-peşə sahibləridir” - Televiziya“Jurnalistikaya gələn gənclərin çoxu qeyri-peşə sahibləridir” - Televiziya

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26