Interposta.Info

Buzovnada qaynanasını tanınmaz hala salan kürəkən saxlanıldı - FOTO

Ölkə
 23-08-2019, 21:34     10 353

Xəzər Rayonu, Buzovna qəsəbəsi, Ç.Müsafayev küçəsində vətəndaş G.Abdullayevanın kürəkəni, Ağdaş rayonu Ləki qəsəbəsində qeydiyyatda olan 1984-cü il təvəllüdlü Elnur Bayramov tərəfindən fiziki təzyiqə məruz qalması ilə bağlı polisə daxil olan məlumat Xəzər RPİ 1-ci Polis Şöbəsində araşdırılır.

Bu barədə Bakı şəhər BPİ-nin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, qohumlar arasında yaranan mübahisənin xüsusatları ilə bağlı həmin şəxslərin izahatları alınıb. Toplanan materiallar əsasında E.Bayramov şübhəli şəxs qisimində saxlanılıb.

İzahatında E.Bayramov qeyd edir ki, avqustun 21-də günorta saatlarında həyat yoldaşı X.Hacıyeva aralarında mübahisə olduğu üçün onun evdən getməsini tələb edib, bundan sonra qaynanası G.Abdullayeva ona zəng edərək qızının uşaqla birlikdə onun evində gəldiyini bildirib. Telefon danışığı zamanı tərəflər arasında yenidən mübahisə yaranıb və bundan əsəbiləşən E.Bayramov onların yaşadığı ünvana gedərək onlara fiziki təzyiq göstərərək xəsarət yetirib.

Tərəflərin arasında yaranan mübahisə ilə bağlı müvafiq polis şöbəsində təhqiqat araşdırmaları davam etdirilir, əmələ hüquqi qiymət verilməsi üçün materiallar toplanılmaqla, xəsarətlərin dərəcəsinin təyin olunması üçün ekspertiza təyin olunub.

İnterPosta.info

Buzovnada qaynanasını tanınmaz hala salan kürəkən saxlanıldı - FOTO
Buzovnada qaynanasını tanınmaz hala salan kürəkən saxlanıldı - FOTO

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26