Interposta.Info

Sumqayıtda polis leytenantı özünü güllələdi

Ölkə
 19-07-2019, 10:42     10 482

Sumqayıt şəhərində ehtiyatsızlıqdan ölüm hadisəsi baş verib.

Report xəbər verir ki, Sumqayıt şəhər polis idarəsinin 1-ci Polis bölməsinin 1995-ci il təvəllüdlü cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis leytenantı Rəhman Hüseynli xidməti otağında ölmüş vəziyyətdə aşkar olunub.

Onun ehtiyatsızlıqdan özünü güllə ilə vurduğu ehtimal edlir.

Meyit axşam saat 19:40 radələrində tapılıb.

***

Dünən Sumqayıt şəhərində polis əməkdaşının güllələnmiş halda meyitinin tapılması hadisəsi ilə bağı cinayət işi açılıb.

Publika.az xəbər verir ki, Sumqayıt şəhər polis idarəsinin 1-ci Polis bölməsinin 1995-ci il təvəllüdlü cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis leytenantı Rəhman Hüseynlinin xidməti otağında ölmüş vəziyyətdə aşkar olunması hadisəsi ilə bağlı Sumqayıt şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb.

Polis zabitinin intihar etdiyi ehtimal edilir.

Faktla bağlı araşdırmalar davam etdirilir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26