Interposta.Info

“Banda”dan çıxmaq istədi, yüz dəfə bıçaqlandı -

Ölkə
 18-03-2019, 14:03     10 323

ABŞ-da quldur dəstəsinin beş üzvü yeniyetməni xüsusi amansızlıqla öldürərək, meyitini yandırıb.

“Fox News”un məlumatına görə, bu haqda Merilend ştatının polis idarəsi məlumat yayıb.

Qurban 16 yaşlı şagird Cekson Pineda-Çikasdır. O, salvadorlulardan ibarət “MS-13” və ya “Mara Salvatçura” adlı quldur dəstəsindən olan yoldaşları tərəfindən öldürülüb. Meyitin kimliyini sol əlində olan döymənin şəkli hesabına müəyyən ediblər.

Məlum olub ki, martın 8-də yeniyetmə dörd dəstə üzvü ilə birlikdə “MS-13”ün Virciniya bölməsinin liderinin Merilend ştatındakı evinə yollanıb. Onu məhz rəhbərin evində meydana gələn mübahisədən sonra qətlə yetiriblər. Qurbana 100 bıçaq zərbəsinin endirildiyi bildirilir.

Daha sonra meyiti Virciniyaya aparıb, yolun kənarında yandırıblar.

Qurbanın anasının dediyinə görə, oğlu cinayətkar dəstədən uzaqlaşmaq istəyib.

Bunu “silahdaş”larına açıq şəkildə dedikdən sonra, həyatına təhdidlər gəlib.

“Dostları” Ceksonu polislə əməkdaşlıqda ittiham ediblər və onun bütün ailəsini qıracaqları ilə hədələyiblər. Cekson ailə üzvlərinin əvəzinə onu öldürmələrini istəyib. Anası həm də onu bildirib ki, ailəsi ilə birlikdə Salvadordan ABŞ-a pənah gətirdikdən sonra oğlunu “MS-13” ə qoşulmağa məcbur ediblər.

Artıq quldur dəstəsinin yerli rəhbəri - 29 yaşlı Xose Ordonezu-Zomete həbs olunub, o, qətldə iştirak etməkdə ittiham olunur. Saxlanılan digər dörd şübhəli 16, 18, 20 və 25 yaşlı dəstə üzvləridir.

İnterPosta.info

“Banda”dan çıxmaq istədi, yüz dəfə bıçaqlandı -

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26