Interposta.Info

Azərbaycan nefti ucuzlaşır

İqtisadiyyat
 2-11-2019, 10:27     10 336

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 31-də 64,42 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,86 dollar/barel azdır.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 62,83 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,77 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 58,04 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,15 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 59,22 dollar/barel olub, bu da əvvəlki göstəricidən 0,89 dollar/barel azdır.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26