Interposta.Info

Ölkədə bu məhsullar yenidən bahalaşdı

İqtisadiyyat
 25-10-2019, 11:09     10 430

Azərbaycanda qızıl və gümüş bahalaşıb.

Trend-in məlumatına görə, oktyabrın 24-də qızılın qiyməti oktyabrın 23-ü ilə müqayisədə 5,0405 manat artaraq 1 unsiya üçün 2537,726 manat təşkil edib.

Gümüş 0,0308 manat bahalaşaraq 1 unsiya üçün 29,8563 manata bərabər olub.

Platinin qiyməti 51,8925 manat artaraq 1569,712 manat, palladiumun qiyməti 6,3835 manat azalaraq 2978,4935 manat təşkil edib.


Qeyd edək ki, troy unsiyası 31,1034768 qrama bərabər ölçü vahididir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26