Milyarderlər üçün ağır gün: 18 milyard itirildi
Çərşənbə günü dünyanın 9 ən zəngin biznesmeni ümumilikdə 18 milyard dollar itirib.
Bu məlumatı “Forbes” jurnalı yayıb. Məlumata görə, buna səbəb ABŞ-ın fond indekslərinin düşməsi olub.
Biznesmenlər arasında ən çox itkiyə “Amazon”un rəhbəri Cef Bezos məruz qalıb. O bir günə 3,5 milyard dollar vəsait itirib. Növbəti yerlərdə Feysbukun sahibi Mark Zukerberq (3,2 milyard), LVMH-in rəhbəri Bernar Arno (3 milyard) qərarlaşıb.
İlk onluqda olan milyarderlər arasında yeganə itkiyə məruz qalmayan iş adamı Maykl Blumberq olub./axar.az
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26