Interposta.Info

Azərbaycan nefti ucuzlaşır

İqtisadiyyat
 6-08-2019, 09:06     10 357

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin son qiyməti 64,74 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,35 dollar/barel azdır.

"İnterPosta.info"nun məlumatına görə, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 64,08 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,36 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 62,1 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,31 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 61,25 dollar/barel olub, bu da əvvəlki göstəricidən 1,3 dollar/barel azdır.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26