Interposta.Info

Azərbaycan nefti bahalaşdı

İqtisadiyyat
 2-08-2019, 09:34     10 340

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyulun 31-də 67,41 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,66 dollar/barel çoxdur.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 66,77 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,69 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 64,69 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,6 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 63,91 dollar/barel olub, bu da əvvəlki göstəricidən 1,45 dollar/barel çoxdur.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26