Interposta.Info

Azərbaycanda işçi vizası üzrə yeni rüsumlar müəyyən olundu (Siyahı)

İqtisadiyyat
 23-07-2019, 11:16     10 330

Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən təsdiq olunan "Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsinə dair sənəddə qeyd edilir.

"İnterPosta.info"nun məlumatına görə, dəyişiklikdə deyilir:

"18.58. Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə iş icazəsinin verilməsinə və müddətinin uzadılmasına görə:
18.58.1. on iş günü müddətində verildikdə və ya müddəti uzadıldıqda
18.58.1.1. 3 ayadək – 700 manat;
18.58.1.2. 6 ayadək – 900 manat;
18.58.1.3. 1 ilədək – 1400 manat.
18.58.2. on beş iş günü müddətində verildikdə və ya müddəti uzadıldıqda
18.58.2.1. 3 ayadək – 500 manat;
18.58.2.2. 6 ayadək – 700 manat;
18.58.2.3. 1 ilədək – 1200 manat.
18.58.3. iyirmi iş günü müddətində verildikdə və ya müddəti uzadıldıqda
18.58.3.1. 3 ayadək – 350 manat;
18.58.3.2. 6 ayadək – 600 manat;
18.58.3.3. 1 ilədək – 1000 manat.”.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26