Interposta.Info

Azərbaycan nefti bahalaşdı

İqtisadiyyat
 23-07-2019, 09:20     10 340

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin son qiyməti 64,15 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,41 dollar/barel çoxdur.

"İnterPosta.info"nun məlumatına görə, FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 63,45 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,41 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 60,31 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,58 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 61,27 dollar/barel olub, bu da əvvəlki göstəricidən 0,2 dollar/barel çoxdur.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26