Interposta.Info

Azərbaycan qazı TANAP-la Türkiyə-Avropa sərhədinə çatdırılıb

İqtisadiyyat
 17-06-2019, 16:14     10 397

Cənub Qaz Dəhlizinin bir hissəsi olan Trans-Anadolu qaz kəməri (TANAP) vasitəsilə Azərbaycanın “Şahdəniz” yatağından hasil edilən qaz Türkiyə-Avropa sərhədinə çatdırılıb.

SOCAR-dan “APA-Economic”ə verilən məlumata əsasən, 2018-ci il yanvarın 23-də TANAP-a Gürcüstan-Türkiyə sərhədindən daxil olan “Şahdəniz” qazı 2019-cu il iyunun 15-də tarixi bir gündə - Qurtuluş günündə Avropa sərhədinə çatdırılıb.

İstifadədə olan bir il ərzində TANAP-la Türkiyəyə 1,8 mlrd. kubmetr qaz nəql edilib. Cari ilin sonunadək kəmərlə Türkiyəyə 3 mlrd. kubmetr qaz nəql etmək planlaşdırılır.

Xatırladaq ki, 1 850 km uzunluğa malik olacaq TANAP-ın illik gücünün 16 mlrd. kubmetr təbii qaz nəql edəcək. Bunun 6 mlrd. kubmetri Türkiyəyə, 10 mlrd. kubmetri isə Avropaya veriləcək.

Avropaya qazın nəqli Trand-Adriatik qaz kəmərilə təmin ediləcək. TAP-la qazın nəqlinə 2020-ci ildə start veriləcək. Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan qazın ilkin olaraq ildə 10 mlrd. kubmetrinin Avropaya nəqli nəzərdə tutulur. Bu boru kəməri Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanacaq.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26