Interposta.Info

Azərbaycan nefti ucuzlaşdı

İqtisadiyyat
 16-01-2019, 09:33     10 391

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 14-ü 62,11 dollar/barel təşkil edib ki, bu da ötən həftənin cümə gününə olan göstəricidən 0,47 dollar/barel azdır.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin son qiyməti 60,87 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,46 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin son qiyməti 57,44 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu, əvvəlki qiymətdən 0,36 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin son qiyməti 59,03 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,44 dollar/barel azdır.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26