Interposta.Info

Manat ucuzlaşacaq? (RƏSMİ AÇIQLAMA)

İqtisadiyyat
 16-11-2018, 11:17     10 383

Nağdsız ödənişlərin həcmi hər il 7 faiz artacaq.

"İnterPosta" xəbər verir ki, bunu Mərkəzi Bankın sədr müavini Alim Quliyev deyib.

O bildirib ki, bu ilin 9 ayında bank aktivləri 4,6, kredit portfeli 5 faiz artıb. Rəqəmsal iqtisadiyyatın formalaşması isə makroiqtisadi və monetar sabitliyin inkişafına öz təsirini göstərəcək. Elə bu məqsədlə də sentyabr ayında rəqəmsal ödənişlərin genişləndirilməsi ilə bağlı Dövlət proqramı təsdiq edilib. Artıq Mərkəzi Bankda Dövlət proqramının icrası ilə bağlı işçi qrup yaradılıb.

Alim Quliyev bildirib ki, Dövlət proqramında nağdsız ödənişlərin genişləndirilməsi ilə bağlı 4 istiqamət müəyyənləşdirilib. Bu proqramın tətbiqi sayəsində nağdsız ödənişlərin həcmi ildə 17 milyard manat artacaq.

Mərkəzi Bankın sədr müavini onu da qeyd edib ki, bu ilin sonunadək makroiqtisadi sabitlik, xüsusilə, manatın məzənnəsinin sabitliyi qorunacaq./xezerxeber.az

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26