Interposta.Info

Əhali üçün sürpriz yenilik: pulun 10-15 faizi qaytarılacaq

İqtisadiyyat
 12-11-2018, 10:43     10 384

Ölkəmizdə nağdsız ödənişlərdən istifadəni genişləndirmək, eləcə də vergidən yayınmaq hallarının qarşsıını almaq üçün Vergilər Məcəlləsinə dəyişikliklər gözlənilir. Belə ki, ticarət və iaşə obyektlərinə ödəniləcək məbləğin ƏDV-sinin bir hissəsi vətəndaşa qaytarılacaq.

Qaytarılan məbləğ nağdsız ödəmələr üzrə 15 faiz, nağd ödənişlər üzrə isə 10 faiz təşkil edəcək. İqtisadçı ekspert Rəşad Həsənov bildirib ki, ödənilmiş ƏDV-nin müəyyən olunmuş hissəsinin qaytarılması üçün alışverişin çeki tələb edilməlidir

İqtisadçının sözlərinə görə geriödəmələrin hansı formada reallaşdırılacağı ilə bağlı müxtəlif mexanizmlər nəzərdən keçirilə bilər.

Rəşad Həsənov deyir ki, dəyişikliklərin ticarət və ictimai iaşə obyektlərinə ciddi təsiri olmayacaq. Çünki geriödəmələrin dövlət büdcəsi vəsaiti hesabına həyata keçiriləcəyi proqnozlaşdırılır.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26