Interposta.Info

"Real" Mbappeni alır?

İdman
 26-10-2019, 21:04     10 473

"Real" gələn il PSJ-nin futbolçusu Kilyan Mbappeni heyətinə qatmaq istəyir.

Qol.az-ın "AS" nəşrinə istinadən yaydığı xəbər görə, "kral klubu"nun prezidenti Florentino Perezin 20 yaşlı hücumçu üçün 300 milyon avro xərcləməyə hazır olduğu bildirilib.

Xəbərdə iddia edilir ki, klub rəhbəri Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turunda Paris təmsilçisinin Mbappenin het-trik etdiyi "Brügge" ilə oyundan (5:0) sonra bu qərara gəlib. Prezidentin Ronaldodan sonra klubda ən az 10 il çıxış edə biləcək yeganə futbolçunun Mbappe olduğunu da söylədiyi bildirilib.

Qeyd edək ki, K.Mbappe 2018-ci ildən PSJ-də çıxış edir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26