Interposta.Info

UEFA “Neftçi”ni 40 min avro cərimələdi

İdman
 19-10-2019, 22:34     10 595

UEFA "Neftçi”ni cərimələyib.

"İnterPosta.info" bildirir ki, bu barədə klubun rəsmi saytı xəbər yayıb.

Bildirilir ki, buna səbəb UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsinin avqustun 8-i "Bakcell Arena”da keçirilmiş "Neftçi” – "Bney Yehuda” oyununda (2:2) azarkeşlərin meydana kənar əşyalar tullaması olub.

Qurum bu səbəbdən paytaxt klubunu 40 min avro məbləğində cərimələyib.

Qeyd edək ki, avqustun 15-i səfərdəki cavab matçında 1:2 hesabı ilə məğlub olan "Neftçi” Avropa Liqasında mübarizəni dayandırıb.

Onu da qeyd edək ki, "Neftçi" bu mövsüm Avropa Liqasındakı çıxışı ilə bağlı UEFA-dan 780 min avro mükafat almışdı.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26