Interposta.Info

Ronaldu karyerasında 700-cü qolunu vurub

İdman
 12-10-2019, 09:52     10 442

Portuqaliyanın futbol üzrə milli komandasının hücumçusu Kriştianu Ronaldu nadir uğura imza atıb.

Bu barədə "Report" "Marca"ya istinadən xəbər verir.

Bildirilir ki, hücumçu futbol üzrə 2020-ci il Avropa çempionatının seçmə mərhələsində VII turun növbəti, Lüksemburqa (3:0) qarşı oyunda qolla yadda qalıb. Bu, onun peşəkar karyerasında 700-cü qoludur.

Qeyd edilir ki, "Qızıl top"un beşqat sahibi 973 oyun keçirib və onların 458-ində qol vurub. Toplam olaraq o, 12 müxtəlif yarışda qol vurub. Klub səviyyəsində o "Yuventus"un heyətində çıxış edir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26