Interposta.Info

Avropa Liqasında gecənin nəticələri

İdman
 20-09-2019, 09:00     10 420

Avropa Liqasının qrup mərhələsinə start verilib.

Qaynarinfo xəbər verir ki, Azərbaycanın turnirdəki yeganə təmsilçisi "Qarabağ" İspaniyanın "Sevilya" klubu qəbul edib və 0:3 hesabı ilə yenilib. A qrupunun digər oyununda APOEL doğma meydanda gözələnilmədən "Düdelanj"a 3:4 hesanbı ilə uduzub.

Türkiyə təmsilçilərinin hər üçü uduzub. "Trabzonspor" səfərdə "Xetafe"yə 0:1, "Başakşəhər" "Roma"ya 0:4, "Beşiktaş" "Slovan"a 2:4 hesabı ilə yenilib.

"Mançester Yunayted" doğma meydanda Qazaxıstan "Astana"sını sınağa çəkib. İngilislər 1:0 hesabı ilə qalib gəlib. Maraqlı qarşılaşmalardan biri Almaniyada "Ayntraxt"la "Arsenal" arasında baş tutub. London klubu böyükhesablı qələbəyə sevinib.

Gecənin ən böyükhesablı qələbəsini "Bazel" "Krasnodar" üzərində qazanıb - 5:0. Moskva ÇSKA-sı isə hesabı açdığı oyunda "Ludoqorets"ə 1:5 hesabı ilə yenilib.

Avropa Liqası
Qrup mərhələsi
I tur, 19 sentyabr

A qrupu
APOEL (Cənubi Kipr) - Düdelanj (Lüksemburq) 3:4
Qollar: Pavloviç, 54; 58 - De Vinsenti, 56-pen - Sinani, 36; 82. Bernier, 51. Stolz, 72.

Qarabağ (Azərbaycan) - Sevilya (İspaniya) 0:3
Qollar: Çiçarito, 62. Əl-Haddadi, 78. Torres, 85.

B qrupu
Dinamo (Kiyev, Ukrayna) - Malmö (İsveç) 1:0
Qol: Buyalski, 84.

Kopenhagen (Danimarka) - Luqano (İsveçrə) 1:0
Qol: Santos, 50.

C qrupu
Bazel (İsveçrə) - Krasnodar (Rusiya) 5:0
Qollar: Bua, 9; 40. Zuffi, 52. Vilhena, 55 (avtoqol). Okafor, 79.

Xetafe (İspaniya) - Trabzonspor (Türkiyə) 1:0
Qol: Angel, 18.

D qrupu
PSV (Hollandiya) - Sportinq (Portuqaliya) 3:2
Qollar: Malen, 19. Koates, 25 (avtoqol). Baumqarti, 48 - Fernandes, 38. Mendes, 82.

LASK (Avstriya) - Rusenborq (Norveç) 1:0
Qol: Holland, 45+3.

E qrupu
Renn (Fransa) - Seltik (Şotlandiya) 1:1
Qollar: Nianq, 38 - Kriste, 59.

ÇFR (Rumıniya) - Latsio (İtaliya) 2:1
Qollar: Deak, 41. Omar, 75 - Boştaş, 25.

F qrupu
Ayntraxt (Almaniya) - Arsenal (İngiltərə) 0:3
Qollar: Villok, 38. Saka, 85. Aubameyanq, 88.

Standard (Belçika) - Vitoriya (Portuqaliya) 2:0
Qollar: Hanin, 66 (avtoqol). Mpoku, 90+1.

G qrupu
Portu (Portuqaliya) - Yanq Boyz (İsveçrə) 2:1
Qollar: Soares, 8; 29 - Nsame, 15.

Reyncers (Şotlandiya) - Feyenoord (Hollandiya) 1:0
Qol: Oje, 24.

H qrupu
Ludoqorets (Bolqarıstan) - ÇSKA (Rusiya) 5:1
Qol: Vanderson, 48. Lukoki, 50. Keseru, 52; 68; 73 - Deveyev, 11.

Espanyol (İspaniya) - Ferentsvaroş (Macarıstan) 1:1
Qol: Varqas, 60 - Lopez, 10 (avtoqol).

I qrupu
Volfsburq (Almaniya) - Aleksandriya (Ukrayna) 3:1
Qollar: Arnold, 20. Mehmedi, 24. Brekola, 67 - Banada, 66.

Gent (Belçika) - Sent-Etyen (Fransa) 3:2
Qollar: David, 2; 43. Perrin, 64 (avtoqol) - Xazri, 38. Kaminski, 75.

J qrupu
Roma (İtaliya) - Başakşəhər (Türkiyə) 4:0
Qollar: Kaysar, 42 (avtoqol). Ceko, 58. Zaniolo, 71. Kluyvert, 90+3.

Borussiya (Mönxenqladbax, Almaniya) - Volfsberq (Avstriya) 0:4
Qollar: Veysman, 13. Leytgeb, 31; 68. Ritzmayer, 41.

K qrupu
Vulverhempton (İngiltərə) - Braqa (Portuqaliya) 0:1
Qol: Horta, 71.

23.00 Slovan (Slovakiya) - Beşiktaş (Türkiyə) 4:2
Qollar: Sporar, 14; 58. Lyubiç, 90+3. Moha 90+4 - Lyayiç, 29. Bojikov, 45-1.

L qrupu
Mançester Yunayted (İngiltərə) - Astana (Qazaxıstan) 1:0
Qol: Qrenvud, 73.

Partizan (Serbiya) - Alkmaar (Hollandiya) 2:2
Qollar: Natço, 42-pen; 61 - Stengs, 13. Boadu, 67.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26