Interposta.Info

"Qarabağ" Avroliqanın rekordçusuna qarşı

İdman
 19-09-2019, 09:29     10 554

"Qarabağ” bu gün Avropa Liqasının 2019/20 mövsümünün qrup mərhələsində ilk oyununu keçirəcək.

Qaynarinfo xəbər verir ki, Ağdam klubu I tur çərçivəsində "Sevilya”nı qəbul edəcək. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq görüş saat 20.55-də start götürəcək.

Çempionlar Liqasının qrupuna düşməyi bacaran ilk və hələlik yeganə Azərbaycan təmsilçisi olan Qurban Qurbanovun rəhbərlik etdiyi kollekiv Avropa Liqasında eyni uğura 5 dəfə imza atıb. Lakin "köhlən atlar” indiyədək növbəti mərhələyə adlaya bilməyiblər.

"Sevilya” isə turnirin rekordçusudu. Andalusiyalılar 6-cı dəfə Avropa Liqasını qazanmaq üçün uzun yola Bakıdan başlayacaqlar.

A qrupu çərçivəsində bu gün APOEL də "Düdelanj”ı qəbul edəcək.

Avropa Liqası
Qrup mərhələsi
A qrupu, I tur

19 sentyabr
20.55 Qarabağ (Azərbaycan) - Sevilya (İspaniya)
Hakimlər: Yevgeni Aranovski, Syomen Şlonçak, İqor Alyoxin, Yaroslav Kozık (Ukrayna).
Hakim-inspektor: Elmir Pilav (Bosniya və Herseqovina).
UEFA nümayəndəsi: Boris Stankov (Bolqarıstan).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26