Interposta.Info

Həbib Nurməhəmmədov Dastin Poryeyə qalib gəlib -FOTOSESSİYA - VİDEO

İdman / Manşet
 8-09-2019, 09:00     11 327

Birləşmiş Ərəb Əmirliklərinin paytaxı Abu-Dabidə qarışıq döyüş növləri üzrə UFC-242 gecəsi keçirilib.

Gecənin əsas döyüşündə yüngül çəki dərəcəsində dünya çempionu kəmərinin sahibi müəyyənləşib.

Abu-Dabidəki qarşılaşmaya qədər bu çəki dərəcəsində çempion adını daşıyan iki döyüşçü üz-üzə gəlib.
2018-ci ilin aprelində UFC-nin kəmərinə yiyələnən rusiyalı Həbib Nurməhəmmədov eyni adı bu ilin aprelində qazanan Dastin Porye ilə qüvvəsini sınayıb.

Bunadək keçirdiyi 27 döyüşün hamısında qalib gələn rusiyalı 3-cü raundda boğucu fəndlə qələbə qazanıb. O, amerikalı rəqibini keçici kəmərdən məhrum edərək ardıcıl 28-ci qələbəsini bayram edib.

Qeyd edək ki, H.Nurməhəmmədov bu döyüş üçün 6 milyon dollardan çox qonorar alacaq. Bunu onun atası Abdulmanap Nurməhəmmədov açıqlayıb. O döyüşdən öncə bildirib ki, oğlu 2 milyon dollar əldə etdiyi irlandiyalı Konor Makqreqorla döyüşdən 3-3,5 dəfə çox qazanacaq./apa

İnterPosta.info



Həbib Nurməhəmmədov Dastin Poryeyə qalib gəlib -FOTOSESSİYA - VİDEO
Həbib Nurməhəmmədov Dastin Poryeyə qalib gəlib -FOTOSESSİYA - VİDEO
Həbib Nurməhəmmədov Dastin Poryeyə qalib gəlib -FOTOSESSİYA - VİDEO
Həbib Nurməhəmmədov Dastin Poryeyə qalib gəlib -FOTOSESSİYA - VİDEO
Həbib Nurməhəmmədov Dastin Poryeyə qalib gəlib -FOTOSESSİYA - VİDEO
Həbib Nurməhəmmədov Dastin Poryeyə qalib gəlib -FOTOSESSİYA - VİDEO
Həbib Nurməhəmmədov Dastin Poryeyə qalib gəlib -FOTOSESSİYA - VİDEO

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26