Interposta.Info

"Bney Yehuda" - “Neftçi”: start heyətləri

İdman
 15-08-2019, 20:44     10 466

"Neftçi” bu gün Avropa Liqasında növbəti oyununu keçirəcək.

Qaynarinfo xəbər verir ki, paytaxt təmsilçisi III təsnifat mərhələsinin cavab matçı çərçivəsində İsarildə "Bney Yehuda”nın qonağı olacaq. Petah Tikvadakı "Ha Moshava” stadionunda baş tutacaq görüş Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Avqustun 8-də "Bakcell Arena”da reallaşan ilk qarşılaşmada heç-heçə qeydə alınıb - 2:2. "Neftçi" mərhələ adlamaq üçün qələbə qazanmalı və ya 2:2-dən daha böyük hesablı heç-heçə etməlidi.

Qeyd edək ki, "Neftçi” "Bney Yehuda”nı mübarizədən kənarlaşdıracağı təqdirdə, pley-off mərhələsində "Malmö” (İsveç) – "Zrinski” (Bosniya və Herseqovina) duelinin güclüsü ilə qarşılaşacaq. İsveç komandası evdə keçirdiyi ilk oyunda 3:0 hesabı ilə qalib gəlib.

Avropa Liqası
III təsnifat mərhələsi
Cavab oyunu

15 avqust
21.00 Bney Yehuda (İsrail) - Neftçi (Azərbaycan)
Bney Yehuda: 1. Emiliyus Zubas, 3. Dan Mori (k), 5. Daniel Feltser, 6. Amir Rustom, 8. Şey Mazor, 9. Dor Jan, 11. Məhəmməd Qadir, 16. Avişay Kohen, 19. Vafuqossani İsmaila Soro, 21. Tambi Saqas, 24. Alban Pnişi.
Ehtiyat oyunçular: 55. Yehonatan Şabi, 2. Dor Elo, 7. Dor Koçav, 15. Ariel Lazmi, 23. Ben Şimoni, 26. Roey Ben Şimon, 77. Şemor Tsaadon.
Baş məşqçi: Yosef Abuksis.
Neftçi: 1. Səlahət Ağayev, 3. Mamadu Mbodj, 5. Anton Krivotsyuk, 8. Emin Mahmudov (k), 10. Dario Federiko, 19. Rauf Əliyev, 25. Kiril Petrov, 26. Ömər Buludov, 28. Stiven Monroz, 36. Mamadu Kane, 93. Soni Mustivar.
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 6. Voyislav Stankoviç, 7. Namiq Ələsgərov, 9. Baqali Dabo, 11. Vangelis Platellas, 17. Rəhman Hacıyev, 18. Tural Axundov.
Baş məşqçi: Roberto Bordin.
Hakimlər: Daniele Doveri, Alessandro Kostantso, Alesio Tolfo, Fabritsio Paskua (İtaliya).
Hakim-inspektor: Stefan Lannoy (Fransa).
UEFA nümayəndəsi: Tarqo Kaldoya (Estoniya).
Petah Tikva. "Ha Moshava” stadionu.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26