Interposta.Info

"Ayaks" Niderland Superkubokunun sahibi olub

İdman
 28-07-2019, 09:50     10 372

Niderland Superkuboku matçında "Ayaks" PSV-ni 2:0 hesabı ilə məğlub edib.

“Report” xəbər verir ki, oyun Amsterdamın "Yohan Kruiff Arena" stadionunda baş tutub.

Qarşılaşmada hesab birinci dəqiqədə açılıb. Kasper Dolberq meydan sahiblərini hesabda irəli çıxarıb. Oyunun 53-cü dəqiqəsində Deyli Blind komandasının üstünlüyünü iki topa çatdırıb.

"Ayaks" cari mövsümdə ölkə çempionatı və Kubokunun qalibi olub.

Niderland Superkuboku. Final

"Ayaks" - "PSV Eyndhoven" - 2:0

Qollar: 1:0 – Dolberq – 1, 2:0 – Blind – 53

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26