Interposta.Info

Liqa1: Mükafatçılar rəqiblərini darmadağın ediblər

İdman
 19-05-2019, 11:13     10 377

Fransa Liqa1-də XXXVII turun oyunları keçirilib.

Turun bütün matçları eyni günə təsadüf edib.

Tur mükafatçıların rəqiblərini darmadağın etməsi ilə diqqət çəkib. Çempion PSJ öz meydanında “Dijon”u darmadağın edib - 4:0.

“Lion” “Kan”ın qapısından eyni sayda top keçirib. Lionlular məhz bu qələbə ilə bürünc medalları təmin edib və Çempionlar Liqasına vəsiqə qazanıb. Onların yarışa qrup, yoxsa təsnifatdan başlaması Avropa Liqasının Bakıdakı final oyununun nəticəsindən asılı olacaq.

“Anje”ni qəbul edən “Lill” daha amansız olub – 5:0. Turnir cədvəlinin aşağı pillələrində qərarlaşan “Monako” “Amyen”i məğlub edərək arxada qoyub.

Qeyd edək ki, növbəti – mövsümün sonuncu turunun oyunları mayın 24-də keçiriləcək./ona

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26