Interposta.Info

"Traktorsazi"nin oyununda qarşıdurma: çox sayda yaralı var (VİDEO)

İdman
 19-04-2019, 23:11     10 331

İran çempionatında XXVI turun oyunları keçirilib.

"Traktorsazi" bu turda Tehranın "Peykan" klubunu qəbul edib. Qarşılaşma qonaq komadanın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Oyun zamanı azarkeşlərlə polis arasında qarşıdurma baş verib. Buna səbəb hakimi açıq-aşkar "Traktorsazi"yə qarşı qərəz nümayiş etdirməsi olub. Referi Təbriz klubunun 3 penaltisini verməyib.

Polis azarkeşlərə qarşı güc tətbiq edib, gözyaşardıcı qazdan və təzyiqli sudan istifadə edib. Nəticədə çox sayda "Traktorsazi" azarkeşi xəsarət alıb.

Qeyd edək ki, bu məğlubiyyətdən sonra "Traktorsazi" 49 xalla 4-cü pilləyə düşüb. Təbriz klubu lider "Persepolis"dən 6 xal geri qalır. 2-ci pillədəki "İstiqlal"ın (Tehran) və "Sepahan"ın 50 xalı var./qaynarinfo

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26