Interposta.Info

İsa Həbibbəylinin oğluna daha bir vəzifə həvalə olundu

İdman
 19-03-2019, 08:30     10 356

Naxçıvan Muxtar Respublikası Atıcılıq Federasiyasının yeni sədri seçilib.

Qaynarinfo xəbər verir ki, bununla əlaqədar keçirilən tədbirdə Muxtar Respublikanın gənclər və idman naziri Azad Cabbarov federasiya sədrliyinə Səhət Həbibbəylini namizəd irəli sürüb. Nazirin təklifi yekdilliklə qəbul olunub və S. Həbibbəyli MR-nın Atıcılıq Federasiyasının sədri seçilib.

Qeyd edək ki, S. Həbibbəyli Milli Məclisin Elm və təhsil komitəsinin sədri, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti İsa Həbibbəylinin oğludur. O, Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun 5 mart 2019-cu il tarixli fərmanı ilə Muxtar Respublikanın Dövlət Gömrük Komitəsinin sədri təyin edilib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26