Interposta.Info

"Qarabağ" mənim evimdir" - Ansi Aqolli

İdman
 18-01-2019, 15:55     10 347

"Qarabağ"ın Albaniyalı futbolçusu Ansi Aqolli ölkəsinin "RTSH Sport" telekanalına müsahibə verib.

Qol.az xəbər verir ki, 37 yaşlı müdafiəçi Ağdam klubundakı çıxışından və komandadakı gələcəyindən danışıb.

- Qəlbinizdə "Qarabağ"ın çəkisi nə qədərdir?

- Doqquz mövsümdür "Qarabağ"da oynayıram. Əvvəl burda uzun müddət qalacağımı düşünmürdüm. Ancaq düzgünlük, peşəkarlıq, həmçinin azarkeşlərin kluba olan sevgisini nəzərə alsaq, bu illər mənim üçün çox tez və mükəmməl keçdi. Karyeramın 60 faizini "Qarabağ"da keçirdim. Yəni bura mənim evimdir deyə bilərəm.

- Mövsümün sonu üçün planınız nədir?

- Nələr baş verəcəyini gözləyək. Konkret qərar verməmişəm. İyun ayına qədər müqaviləm var. Bu müddətdə komama kömək etməliyəm. Daha sonra menecerimlə birgə klub rəhbərliyi ilə görüşəcəm.

- Ehtiyatda oturmaq sizə çətin deyil?

- Heç bir futbolçu başqasının əvəzləyicisi olmaqla razılaşmaz. Ancaq bunlar futbolun bir hissəsidir və mən də qəbul etməliyəm.

- Milli komandadan yenidən dəvət gözləyirsinizmi?


- Milli komandada öz işimi tamamlamışam. İndi gənclərə yol açmaq lazımdır.

- Sabiq klubunuz "Tirana"ya qayıda bilərsiniz?

- Albaniyada dəfələrlə demişəm ki, "Tirana" mənim komandamdır. Hətta ora qayıtmasam belə, fikrim dəyişmir. Orda həm ölkə çempionu olmuşam, həm də ölkə kubokunu qazanmışam.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26