Interposta.Info

İdmançılarımız “Bayraq” günündə bayrağımızı dalğalandırdılar

İdman
 10-11-2018, 21:51     10 769

9 Noyabr “Bayraq" günündə ABŞ-da Dünya Pauerliftinq Çempionatı keçirilib.
"İnterPosta" Azərbaycan Dövlət bayrağını zirvələrə ucaldan çempionlarmızı təqdim edir:
Hafiz Verdiyev, 100 kq çəki dərəcəsində pauerliftinq üzrə,ağırlıqla oturub qalxmada 320 kq, ağırlığı sinədən qaldırmada 195 kq və ağırlığı yerdən qaldırmada 340 kq çəki ilə, ümumi olaraq üç hərəkətin cəmində 855 kq nəticə ilə mütləq dünya çümpionu adını qazanıb.
Digər idmançımız Rövşən Xəlilov isə 75 kq çəki dərəcəsində Squat (225kq),Benpress (172,5kq) və Dedlift(260kq) çəki ilə ümumilikdə 657,5 kq nəticə ilə dünya çempionu adını qazanıb.
"İnterPosta"-ın əldə etdiyi məlumata görə, Vüqar Namazov dünya çempionatında çox ciddi zədə alaraq yarışı yarımçıq qoymalı olub.
İdmançılarımız ümumilikdə iki qızıl medal qazanıblar.
Elşən Yəhyayev

İnterPosta.info

İdmançılarımız “Bayraq” günündə bayrağımızı dalğalandırdılar
İdmançılarımız “Bayraq” günündə bayrağımızı dalğalandırdılar
İdmançılarımız “Bayraq” günündə bayrağımızı dalğalandırdılar

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26