Interposta.Info

FHN əməkdaşı dünya çempionu oldu

İdman
 7-11-2018, 21:48     11 072

Aprel döyüşlərinin iştirakçısı olan FHN əməkdaşı coşquyla qarşılandı 4 Noyabr tarixində İtaliyanın Karara şəhərində döyüş növləri üzrə dünya çempionatı keçirilmişdir.
60 kq çəki dərəcəsində mübarizə aparan dünya çempionumuz Toğrul Mikayılov qızıl medala layiq görülərək, üçrəngli bayrağımızı yüksəklərə qaldırıb. İdmançımız hava limanında böyük coşquyla qarşılanıb.
Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşı qələbəsi ilə bağlı danışıb:
“Üç rəqiblə döyüşə çıxdım. Döyüşdə birinci rəqibim olan Kolumbiya idmançısını udaraq yarım finala çıxdım. Yarım finalda güclü fransız idmançısını udaraq finala çıxdım. Finalda isə yerli idmançı olan italyan idmançısıyla qarşılaşdım. İkinci raundda rəqibimi nakalut elədim.
Cənab Prezident İlham Əliyevin idmançılara göstərdiyi qayğı və diqqətə görə təşəkkürümü bilidirir və bu yolda onun apardığı siyasəti dəstəkləyən, idmançılara xüsusi qayğıyla yanaşan Fövqaladə Hallar Naziri Kəmaləddin Heydərov cənablarına minnətdarlığımı bildirirəm”.
Xatırladaq ki, Toğrul Mikayılov eyni zamanda aprel döyüşlərinin iştirakçısıdır.

İnterPosta.info
FHN əməkdaşı  dünya çempionu olduFHN əməkdaşı  dünya çempionu oldu

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26