Interposta.Info

Tanınmış futbolçu iki oyunluq cəzalandırılıb - VİDEO

İdman
 30-10-2018, 21:42     10 506

Qazaxıstan Futbol Federasiyası "Kayrat" klubunun futbolçusu Andrey Arşavini iki oyunluq diskvalifikasiya edib.

Buna səbəb 37 yaşlı futbolçunun Premyer Liqanın XXXI turunda "İrtış"a 0:1 hesabı ilə məğlub olduqları oyunda rəqib futbolçunu vurması olub.

Rusiya millisinin sabiq futbolçusu görüşün 86-cı dəqiqəsində rəqibi bilərəkdən vuraraq yerə yıxıb.

Qeyd edək ki, "Kayrat"ın "İrtış"a 0:1 hesabı ilə uduzduğu matçdan sonra Azərbaycan millisinin futbolçusu Riçard Almeydanın çıxış etdiyi "Astana" klubu ardıcıl beşinci dəfə ölkə çempionu olub. Arşavinin komandası isə çempionatın gümüş medalını qazanıb. Təcrüvəli forvard 2016-cı ildən "Kayrat"ın şərəfini qoruyur./report

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26