Interposta.Info

Türkiyə klubundan

İdman
 10-01-2017, 07:45     868

Türkiyə klubundan

Türkiyə Super Liqasında çıxış edən “Gənclərbirliyi” klubu transfer çalışmalarını davam etdirir.

Fanat.Az "Ajansspor"a istinadәn xəbər verir ki, baş məşqçi Ümit Özatın tələbi ilə komanda "Qarabağ"ın hücumçusu Reynaldo üçün hərəkətə keçib. Super Liqa klubu braziliyalı futbolçunu mövsümün sonuna qədər icarəyə götürmək istəyir. Ankara klubu artıq “Qarabağ”a rəsmi təklif də göndərib. Transferin bir neçə gün ərzində reallaşacağı gözlənilir.

Qeyd edək ki, Reynaldo bu mövsüm “Qarabağ”ın heyətində 21 matçda 6 qol vurub. 27 yaşlı futbolçu 2013-cü ildən Ağdam klubunda çıxış edir. Onun bir ara "Neftçi"yə də keçəcəyi barədə transfer xəbərləri yayılmışdı.

“Gənclərbirliyi” Türkiyə Super Liqasında 16 turdan sonra 22 xalla turnir cədvəlinin VIII pilləsində qərarlaşıb.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26