Interposta.Info

"Atəşgah" sığorta şirkətinin maşını qəzaya düşdü, 2 nəfər öldü (VİDEO)

Ölkə
 19-09-2019, 20:06     10 352

Sumqayıtda baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində yanaraq ölən şəxsin kimliyi məlum olub.

"Report”un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, bu, 1988-ci il təvəllüdlü Fuad Şahin oğlu Musazadədir.

Hadisə yerindən daha bir video əlavə edilib

*** 17:08

Sumqayıtda baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində "Atəşgah" sığortanın əməkdaşlarından biri ölüb, biri isə yaralıdır.

"Report”un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, sürücü Anar Nəsir oğlu Rzayev qəza zamanı ağır bədən xəsarətləri alıb.

O, hadisə yerində olan şəxslər tərəfindən xəstəxanaya çatdırılıb. Vəziyyətinin ağır olduğu bildirilir. Şirkətin avtomobildə olan digər əməkdaşı K.Atayev isə hadisə yerində aldığı xəsarətlərdən keçinib. Keçirilən ilkin avtotexniki ekspertizanın rəyinə əsasən, hadisə "Mercedes" markalı avtomobilin yüksək sürətlə idarə olunması zamanı təkərinin partlaması olub.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26