Interposta.Info

Novxanıda ağır qəza: 3 nəfər öldü, 6 yaralı var

Ölkə
 15-09-2019, 09:58     10 338

Novxanı yolunda üç nəfərin ölümünə səbəb olan qəzada xəsarət alanların bəzilərinin adları məlum olub.

"İnterPosta.info" Report-a istinadən xəbər verir ki, qəza nəticəsində 2018-ci təvəllüdlü Məmmədov Ramal Rəşad oğlu, 1976-ci il təvəllüdlü Məmmədova Gülgün Ümidvar qızı və 1999-ci təvəllüdlü Məmmədova Nahidə Faiq qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Xəsarət alanların bəzilərinin vəziyyəti orta-ağırdır. Hazırda qəzanın baş vermə səbəbləri araşdırılır.

Qeyd edək ki, Novxanı yolunda yerləşən "Lukoil” yanacaqdoldurma məntəqəsinin yanında baş verən ağır qəza 3 nəfərin ölümü, 6 nəfərin yaralanması ilə nəticələnib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26