Interposta.Info

Masallıda toy yasa döndü: 8 nəfər qəzada öldü

Manşet / Ölkə
 9-07-2019, 10:07     10 394

Masallı rayonunda yük maşını ilə "Mercedes Vito" markalı mikroavtobus toqquşub.

Hadisə nəticəsində 8 nəfər ölüb.

Ölənlərdən 2-si qadın, 3-ü kişi və digər 3-ü məktəblidir.

Lerik rayonu Kəlvəz kənd sakini, 1995-ci il təvəllüdlü Tağıyeva Miranə Atalı qızı xəsarət alıb. Ona baş-beyinin silkələnməsi, sifət nahiyəsinin əziyi diaqnozu qoyulub. O hazırda reanimasiyadadır.

Bildirilir ki, qəzaya düşənlər iki ailənin üzvləridir və toya gedirlərmiş./report

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26