Interposta.Info

Bakının Xəzər rayonunda ticarət mərkəzində yanğın olub -FOTO

Ölkə
 18-05-2019, 21:13     10 414

Bakının Xəzər rayonunda yanğın baş verib.

ONA-nın xəbərinə görə, hadisə Zaqulba qəsəbəsində yerləşən "Zagulba Mall" ticarət mərkəzində qeydə alınıb.

Bildirilir ki, yanğın ticarət mərkəzinin zirzəmisindəki tikiş sexindən başlayıb. Hazırda da yanğın davam edir.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub, yanğının genişlənməsinin qarşısının alınması istiqamətində işlər görülür.

Ehtimal olunur ki, yanğın qısaqapanmadan qaynaqlanıb.

İnterPosta.info

Bakının Xəzər rayonunda ticarət mərkəzində yanğın olub -FOTO
Bakının Xəzər rayonunda ticarət mərkəzində yanğın olub -FOTOBakının Xəzər rayonunda ticarət mərkəzində yanğın olub -FOTO

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26