Interposta.Info

Sumqayıtda ağır yol qəzası:

Ölkə
 4-01-2017, 17:47     742

Sumqayıtda ağır yol qəzası:

Sumqayıtda baş verən ağır yol qəzası zamanı 1 nəfər ölüb, 3 nəfər yaralanıb

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən interposta.info-a xəbər verir ki, Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsinin ərazisində Xırdalan şəhər sakini Elmar Ələkbərov idarə etdiyi "Nissan" markalı avtomobili yolun kənarında dayanan Şabran rayon sakini Eldar Səlimova məxsus "Mercedes" markalı avtomobilə vurub.

Zərbənin təsirindən "Mercedes" markalı avtomobilin yaxınlığında olan 30-35 yaşlı kişi hadisə yerində ölüb, E.Səlimovun 3 sərnişini xəstəxanaya yerləşdirilib.

Faktla bağlı DİN-in Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26