Interposta.Info

Türk ordusu terrorçuların texnikasını belə vurdu - Video

Dünya
 10-10-2019, 23:42     10 394

Suriyada YPG-PKK terror qruplaşmalarının nəzarətindəki ərazilərdən Türkiyənin Şanlıurfa və Mardin bölgələrinə minaatan mərmiləri ilə zərbə endirilib.

Mərmilərdən bəziləri Şanlıurfanın Ağcaqala, Birecik, Ceylanpınar, Mardinin Nusaybin ilçələrinə düşüb.

Hücum zamanı 17 dinc sakin yaralanıb.

“Sülh çeşməsi” əməliyyatı ilə əlaqədar Şanlıurfanın sərhəd bölgələrində məktəblərdə iki günlük tətil elan edilib.

***

Türkiyə mətbuatının məlumatına görə, Şanlıurfanın Ağcaqala ilçəsinə edilən hücum nəticəsində 1-i uşaq olmaqla, 3 nəfər həlak olub.

***

Akçakalada dinc sakinləri qətlə yetirən PYD-YPG-PKK-çi terrorçular və mövqeləri məhv edilib.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin açıqlamasında deyilib.

***

Türk ordusu tərəfindən hədəf alınan YPG-yə məxsus yanan hərbi avtomobilin görüntüləri yayılıb./axar.az

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26