Interposta.Info

Səudiyyəli nazir: İranın günahkar olduğu sübuta yetirilsə...

Dünya
 21-09-2019, 19:55     10 298

İstintaqda İranın günahkar olduğu sübuta yetirilərsə, lazımi addımları atacağıq.

Bunu Səudiyyə Ərəbistanının Xarici İşlər naziri Adil Cübeyr “Saudi Aramko” neft emalı zavodlarına edilən hücumla bağlı danışarkən deyib.

Səudiyyəli nazir sonrakı addımlarla bağlı müttəfiq və dost ölkələrlə fikir mübadiləsi apardıqlarını bildirib.

Qeyd edək ki, "Saudi Aramko"nun iki zavoduna edilən hücumla bağlı ABŞ ilk gündən İranı ittiham etsə də, rəsmi Tehran bu ittihamları rədd edir./axar.az

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26