Interposta.Info

“Tapa” qasırğası Yaponiyanın cənubunda fəsadlar törədir

Dünya
 21-09-2019, 11:28     10 343

Sentyabrın 21-də Yaponiyanın cənubuna çatan “Tapa” qasırğası fəsadlar törədib. AZƏRTAC yerli KİV-lərə istinadla xəbər verir ki, Okinava prefekturasında artıq dörd nəfər xəsarət alıb. Adada avtobusların hərəkəti təxirə salınıb, Okinava şəhərində isə monorels dayanıb, bir sıra yollarda nəqliyyatın hərəkəti bağlanıb.

Son məlumatlara görə, cənub və cənub-qərb istiqamətində 283 daxili aviareys təxirə salınıb. Aviaşirkətlər sərnişinlərə son reyslər barədə məlumatları onlayn dəqiqləşdirməyi tövsiyə edir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26